Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir
Tarix: 01-04-2015 | Saat: 13:53
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər

Ermənistan suriyalı qaçqınları Qarabağda yerləşdirir
“Azərbaycan Suriya xalqının əziyyətlərini daha yaxından hiss edir”.

Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında çıxışında deyib.

Onun sözlərinə görə, Suriya münaqişəsi hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub.

"Münaqişə milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələnib və onların insan haqları pozulmaqda davam edir. Eyni zamanda, Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələr də münaqişənin nəticələrindən əziyyət çəkir", - o deyib.

Əli Həsənov bildirib ki, oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir.

“20 ildən artıqdır ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və hazırda ölkəmizdə 1 milyondan çox insan qaçqın və ya məcburi köçkün kimi yaşamaqdadır", - komitə sədri qeyd edib.

Əli Həsənov qeyd edib ki, Azərbaycanda suriyalı qaçqınların humanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə göstəriləcək maddi yardımın miqdarı dəqiqləşdirilir.

“Ümid edirik ki, Suriyada baş verən münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq və uzun müddət əziyyət çəkən Suriya xalqı beynəlxalq ictimaiyyətin səyləri ilə yenidən normal həyat şəraitlərinin bərpasına nail olacaq”, - o deyib.


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___