Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“ASAN Xidmət“ Sumqayıtda da lisenziya verir
Tarix: 18-11-2015 | Saat: 18:36
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

“ASAN Xidmət“ Sumqayıtda da lisenziya verir

Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir

Nazirliyin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, noyabrın 18-də tütün məmulatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin və ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Sumqayıt “ASAN xidmət” mərkəzində və Bakıda 5 saylı “ASAN xidmət” mərkəzində lisenziyalar təqdim edilib.

Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.


Xəbəri paylaş

6148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___