Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı
Tarix: 17-11-2015 | Saat: 11:46
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı
Hesabat dövründə vergi orqanları tərəfindən 500-dən çox vətəndaş qəbul edilib



2015-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 10250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir.
Xəbəraz.az Vergilər Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll edilib, 0,4%-i aidiyyəti üzrə göndərilib, 29,7%-i isə icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___