Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əli Həsənov: Azərbaycan müstəqil siyasət həyata keçirir
Tarix: 16-11-2015 | Saat: 23:56
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

Əli Həsənov: Azərbaycan müstəqil siyasət həyata keçirir
“Bu gün Avropa İttifaqının qaçqınlarla bağlı hansı problemləri yaşadığını görürük”.

Azərbaycan müstəqil siyasət həyata keçirir və Avropanın bəzi qüvvələrinin təzyiq cəhdlərinə müqavimət göstərmək niyyətindədir.

Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “NewEurope”a müsahibəsində deyib.

Azərbaycan Prezidentinin köməkçisi bildirib: “Avropa ilə energetika, rabitə, nəqliyyat sahələrində yaxşı əməkdaşlığımız var. Amma təəssüf ki, Avropada bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə, necə hərəkət etməli olduğunu diktə etməyə cəhd edir”.

Əli Həsənov qeyd edib ki, Azərbaycan Avropa İttifaqının üzvü olan müxtəlif ölkələrlə yaxşı əlaqələr yaradıb və gələcəkdə də bu əməkdaşlığı davam etdirmək niyyətindədir.

“Bununla bərabər, Avropa Parlamentinin bəzi qüvvələri Azərbaycan üçün qəbuledilməz qaydaların tətbiqi məqsədilə parlament üzvlərinə təzyiq göstərir. Əlbəttə, müstəqil ölkə kimi bu cür addımlardan razı deyilik, buna qarşı mübarizə aparacağıq. Azərbaycan müstəqil siyasət həyata keçirir və heç bir ölkədən asılı olmaq niyyətində deyil”, - deyə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.

Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri barədə danışan Əli Həsənov qarşı tərəfi qarşılıqlı hörmət əsasında bərabərhüquqlu münasibətlərə çağıraraq deyib: “Biz seçkiləri Avropa qanun və qaydalarına uyğun olaraq keçirdik”.

Prezidentin köməkçisi vurğulayıb ki, təzyiq altında olan Avropanın bəzi təşkilatları Azərbaycandakı seçkilərin monitorinqini keçirməkdən imtina edib.

“Lakin Avropa Şurası və Avropa Parlamentinin bəzi üzvləri seçkiləri müşahidə etmək üçün Bakıya gəldilər və onlar Azərbaycanda demokratik seçkilərin keçirildiyini gördülər. Düşünürük ki, Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina ikitərəfli münasibətlərin, dostluq və əməkdaşlığın inkişafına xidmət etmir”, - deyə Əli Həsənov bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Avropa ilə Asiya arasındakı nəqliyyat əlaqələrində də vacib rola malikdir. O, Çin ilə Avropa arasında dəmir yolunun tərkib hissəsi olacaq Qars-Tbilisi-Bakı xəttinin önəmini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən Prezidentin köməkçisi deyib:

“Bu, təkcə Azərbaycan xalqı və Azərbaycan hökuməti üçün problem deyil, bütün dünya üçün təhlükədir. Bu gün Avropa İttifaqının qaçqınlarla bağlı hansı problemləri yaşadığını görürük. Bu kontekstdə Dağlıq Qarabağ məsələsinin də Avropa üçün problem olduğunu düşünürük. Odur ki, Aİ və BMT Dağlıq Qarabağ və digər münaqişələrin həllində ciddi addımlar atmalıdır”.


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___