Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
 İraqdan Azərbaycana da aid ediləcək açıqlama: “Kəşfiyyatımız bəzi məlumatları ölkələrə vaxtında çatdırıb”
Tarix: 15-11-2015 | Saat: 23:57
Bölmə:M / Karusel / Dünya | çapa göndər

 İraqdan Azərbaycana da aid ediləcək açıqlama: “Kəşfiyyatımız bəzi məlumatları ölkələrə vaxtında çatdırıb”


İraq xarici işlər naziri İbrahim əl-Cəfəri Fransa, ABŞ, İran və bəzi ölkələrin terror hücumlarının hədəfinə çevriləcəyindən əvvəlcədən məlumatlı olduqlarını bildirib.

Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada belə deyilir.

Açıqlamada qeyd olunur ki, İraqın kəşfiyyat mənbələri bu haqda əldə etdikləri məlumatları əlaqədar ölkələrə vaxtında çatdırıblar.

"İŞİD üzvləri İraqa bir il əvvəl 82 ölkədən gəlirdilər və hazırda bu ölkələrin sayı 100-ün üzərinə çıxıb"- deyən xarici işlər naziri terrorun bütün dünyanı təhdid etdiyini və onunla mübarizədə heç bir tərəddüdə yer olmadığını söyləyib: " İŞİD-i bitirmə yalnız Suriyanın daxili işi olmamalıdır. Bu, dünyanın bütün ölkələrini maraqlandırmalıdır. Misir, Livan, İraq və Fransada baş verənlər terrorun qlobal təhdid olduğunun ən böyük dəlilidir”.

İraq rəsmisinin sözlərinə diqqətlə nəzər salanda Azərbaycan hakimiyyətinə də bu mesajdan pay düşür. Əl-Cəfərinin sözlərindən belə çıxır ki, vətəndaşları dünənə qədər İraq və Suriyaya gedib İŞİD-ə qoşulan hər bir ölkənin Fransa kimi terrorla üz-üzə qalmaq ehtimalı var.

Qeyd edək ki, İŞİD-ə qoşulanlar içərisində Azərbaycan vətəndaşları da az deyil. Bir müddət əvvəl Ankarada baş verən terror hadisəsində intihar hücumu həyata keçirən terrorçulardan birinin azərbaycanlı olması faktı sübut edir ki, İŞİD legionerləri arasında canlarını öz idealları uğrunda fəda etməyə hazır olan soydaşlarımız da var. Və sabah onlar terror məkanı olaraq ölkəmizi də seçə bilərlər.

Əslində Azərbaycan hakimiyyətinin də bu təhdidin fərqində olduğu güman edilir. Bəzi ehtimallara görə, MTN-dəki son təmizləmə əməliyyatının əsas səbəblərindən biri bu təhlükəni aradan qaldırmaqdır. İŞİD-çilərin yetişdirilməsinə və Yaxın Şərqə göndərilməsinə hansısa səbəbdən mane olmayan, yaxud ola bilməyən xüsusi xidmət orqanımızın fəaliyyətinin yarıtmazlığı siyasi iradə sahiblərini bu addımı atmağa sövq edib.

“MTN işi”nə Ankarada baş verən qanlı terror hadisəsindən və ölkə rəhbərinin MDB-nin sammitində iştirakından dərhal sonra start verilməsi, təmizləmə əməliyyatının anidən və kompleks şəkildə aparılması da bu ehtimalı gücləndirir...Strateq.az


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___