Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehriban Əliyeva “Biznes-20”/“Qadınlar-20” birgə sessiyasında iştirak edib
Tarix: 15-11-2015 | Saat: 20:56
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Mehriban Əliyeva “Biznes-20”/“Qadınlar-20” birgə sessiyasında iştirak edib
Qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olunub.

Noyabrın 15-də “Böyük İyirmiliyin” Antalyada keçirilən Sammiti çərçivəsində “Biznes-20”/“Qadınlar-20” (“Business-20”/“Women-20”) birgə sessiyası təşkil olunub.

Xəbəraz.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak ediblər.

Tədbirdə əvvəlcə qaçqın qadınların problemlərinə həsr edilən videoçarx nümayiş olundu.

Sessiyada çıxış edənlər bu problemin artıq qlobal xarakter aldığını bildirdilər. Qeyd edildi ki, həlli vacib olan belə problemlərin aradan qaldırılması ilə yanaşı, onların qarşısını almaq da zəruridir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sessiyada çıxış edərək dedi ki, sammit çərçivəsində təşkil olunan bu tədbir qadınların, xüsusilə qaçqın qadınların problemlərinin həllinə yeni bir baxış gətirəcək. Əminə Ərdoğan terrorçuluğa qarşı mübarizə, Suriyadakı vəziyyət, bu ölkədən olan qaçqınların məsələlərinə də toxundu. Bildirdi ki, dünyanın müxtəlif yerlərində törədilən terror aktlarından ən çox əziyyət çəkən qadınlar və uşaqlardır. Bu problemin indiyədək həllini tapmaması təəssüf doğurur. Türkiyə Prezidentinin xanımı Antalya Sammitini suriyalı və iraqlı qaçqınların problemlərinin həllinə kömək baxımından böyük fürsət kimi dəyərləndirdi.

Sessiyada digər çıxış edənlər milliyyəti və sərhədi olmayan terrorun yaratdığı təhlükələrin aradan qaldırılmasında dünya xalqlarının birgə fəaliyyətlərinin zəruriliyindən danışdılar.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və qızı Leyla Əliyevanı yola saldı.


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 14:43 Neftin qiyməti dəyişdi

bütün xəbərlər
____ Instagram ___