Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ermənistan işğalçıdır" - Moldovanın ombudsmanı
Tarix: 14-11-2015 | Saat: 14:38
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Ermənistan işğalçıdır" - Moldovanın ombudsmanı
Xeberaz.az xəbər verir ki,
“Ombudsmanların XXI Bakı Beynəlxalq konfrasının növbəti günü keçirilib. Konfransada iştirak edən Moldova ombudsmanı Aurelio Qriqoriu ATV.az saytının bir neçə sualını cavablandırıb:

- Dağlıq Qarabağla bağlı AŞPA-dakı müzakirələr haqda nə deyə bilərsiniz?

- Bu fakt Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Belə ki, dünya ictimaiyyətinin diqqəti işğal məsələsinə yönəlir. Bütün hallarda bu problem həll olunmalıdır. Bir daha xüsusi olaraq bildirim ki, Avropa Parlament Assambleyasında Qarabağ məsələsinin müzakirəsi Azərbaycanın xarici siyasətinin uğurudur.

- Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağla bağlı ölkəsi daim bu məsələdə aktivliyini davam etdirəcək. Bu fikrə münasibət bildirərdiniz.

- Hesab edirəm ki, bütün hallarda bu məsələyə həmişə ciddi yanaşmaq lazımdır. Ümumiyyətlə Azərbaycan Rusiya ilə həmişə dost münasibətində olub. Ancaq həm də Ermənistan Rusiya ilə yaxındır. Bu baxımdan Lavrov başqa bəyanat verə bilməzdi. Ona görə də hesab edirəm ki, Azərbaycan xarici siyasətində Qarabağ məsələsində həmişə ardıcıl siyasət yürütməli və diqqətli olmalıdır. İndiki vəziyyətdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə Rusiya daha çox Azərbaycanın tərəfində olacaq. Bununla belə dünya ictimaiyyəti bilməlidir ki, bu, iki ölkə arasında baş vermiş münaqişə deyil: Ermənistanın Azərbaycan ərazisini işğalı faktıdır. Yəni Ermənistan işğalçıdır, Dağlıq Qarabağı və digər 7 rayonu işğal edib. Bununla belə, Ermənistan tərəf bu işğalçılığı münaqişə kimi qələmə verməyə çalışır. Ancaq dediyim kimi, bu münaqişə deyil, bir ölkənin digər ölkənin ərazisini işğal etməsidir ki, bu da beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Yenə təkrar edirəm ki, dünya ictimaiyyəti problemi münaqişə kimi deyil, işğalçılıq faktı kimi qəbul edəcəksə, məsələ öz həllini tapacaq.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
30-04-2018, 10:36 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___