Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zakir Həsənov: Üçrəngli bayrağımız tezliklə Xankəndidə dalğalanacaq
Tarix: 31-03-2015 | Saat: 17:24
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Zakir Həsənov: Üçrəngli bayrağımız tezliklə Xankəndidə dalğalanacaq
“Azərbaycan əsgəri hər an hazır olacaq”.

Üçrəngli bayrağımızın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızda dalğalanacağı heç kimdə şübhə doğurmamalıdır. Biz buna Ali Baş Komandanımızın rəhbərliyi altında birlikdə nail olacağıq.

Xeberaz.az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar çıxışında deyilir.

Nazir Azərbaycan əsgərinin bundan sonra da Vətən uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinə hər an hazır olacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər qazanacağına inandığını bildirib.

Zakir Həsənovun sözlərinə görə, 31 mart 1918-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir.

“Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir.

Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir.

Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaqsınız”, - nazir qeyd edib.


Xəbəri paylaş

6928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___