Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Tarix: 12-11-2015 | Saat: 17:25
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Mükafatı BMT baş katibinin müavini Babatunde Osotimehi təqdim edib

Prezident İlham Əliyev noyabrın 12-də BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehini qəbul edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, BMT ilə uğurlu əməkdaşlığa görə dövlət başçısına minnətdarlığını bildirən Babatunde Osotimehin əlaqələrimizin inkişaf etdirilməsinə Azərbaycan hökuməti tərəfindən yaradılan şəraitdən məmnunluğunu ifadə edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransında iştirak etdiyini böyük ehtiramla xatırlayan Babatunde Osotimehin ölkənin insan haqları və uşaq hüquqları məsələsində böyük nailiyyətlər qazandığını və gender bərabərliyinə, qadın və ana hüquqlarının qorunmasına önəm verdiyini vurğulayıb, Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək dəyərləndirib. Ölkəmizin əlverişli coğrafi mövqeyinə və əldə etdiyi uğurlara toxunan qonaq Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da rolunu xüsusi qeyd edib. Təmsil etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən Babatunde Osotimehin birgə proqramların hazırlanılmasının və BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ilə təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını deyib.
İ.Əliyev ölkə haqqında və əldə olunan nailiyyətlərlə bağlı dediyi xoş sözlərə görə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinə təşəkkürünü bildirib. Prezident Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən müddət ərzində sosial siyasətin həmişə prioritet məsələlərdən biri olduğunu və əsas diqqətin ölkənin ehtiyaclarının ödənilməsinə yönəldiyini qeyd edib. Sosial siyasətin icra olunmasında iqtisadiyyatın rolunu xüsusi qeyd edən dövlətimizin başçısı bildirib ki, güclü iqtisadiyyat olmadan sosial proqramların həyata keçirilməsi mümkün deyildi.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda insanların gündəlik həyatına mənfi təsir göstərmədən iqtisadi islahatlar həyata keçirilməklə sosial proqramlar da paralel olaraq icra edilib və nəticədə iqtisadiyyat gücləndikcə insanların həyat şəraiti də yaxşılaşmağa başlayıb. Səhiyyə sahəsində islahatlara toxunan dövlətimizin başçısı ölkədə 500-dən artıq müasir xəstəxananın inşa olunaraq ən yeni tibbi avadanlıqla təchiz edildiyini, hər il milyonlarla insanın pulsuz tibbi müayinə olunduğunu vurğulayaraq bütün bunları ölkədə həyata keçirilən sosial siyasətin əhəmiyyətli bir hissəsi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməkdə maraqlı olduğunu deydib.

Sonra Babatunde Osotimehin BMT-nin 1994-cü ildə Qahirədə keçirilən əhali və inkişaf üzrə Beynəlxalq konfransından irəli gələn məsələlərin reallaşdırılmasında siyasi iradə, yorulmaz fəaliyyət və böyük səylər göstərdiyinə, eləcə də Davamlı İnkişaf Proqramının Azərbaycanda dəstəklənməsi, o cümlədən qadınların və gənclərin sağlam həyat şəraiti imkanlarının genişləndirilməsi istiqamətindəki xidmətlərinə görə BMT-nin Əhali Fondu adından mükafatı prezident İlham Əliyevə təqdim edib.
İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub


Xəbəri paylaş

6538 dəfə oxunub.

Digər xəbərlər
13-06-2016, 12:39 Ramazanda makiyaj olar?

bütün xəbərlər
____ Instagram ___