Cəbhə zonasında yerli jurnalistlər və sosial şəbəkə istifadəçiləri üçün seminar keçirilib
Tarix: 11-11-2015 | Saat: 13:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsinin icrasını davam etdirir.
Artıq layihənin birinci mərhələsində 4 xəbər portalının 2 aylıq monitorinqi yekunlaşıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd internet resurslarında Qarabağ münaqişəsi ilə bağlı yazılan yazıların ümumi mənzərəsini müəyyənləşdirməkdən ibarətdir. Hazırda monitorinqin nəticələri analiz olunur.
Layihənin əsas məqsədi onlayn mediada və sosial şəbəkələrdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması ilə yaranmış Qarabağ problemi haqda yanlış informasiyaların qarşısının alınmasına dəstək göstərməkdir.
Buna görə də Azərbaycanın müxtəlif həssas bölgələrində yerli jurnalistlər və aktiv sosial şəbəkə istifadəçiləri üçün seminarların keçirilməsinə start verilib.
Artıq Tovuz və Qazax rayonlarında belə seminarlar keçirilib.
Seminarlarda layihə çərçivəsində aparılan monitorinqlərin nəticələri İctimai Birliyin sədri Asəf Quliyev tərəfindən dinləyicilərin nəzərinə çatdırılıb. İnternet media resurslarına sosial şəbəkələrdən və erməni mediasından sızan informasiyalar təhlil olunub.
Tovuzun cəbhə xətti keçən Əlibəyli kəndində dinləyicilər bəzi hallarda yanlış informasiyaların mediada özünə yer tapdığını bildiriblər.
Qazax rayonunda keçirilən seminarlarda iştirak edən yerli jurnalistlər informasiyaya çatmaq probleminin olduğunu qeyd ediblər. Onların sözlərinə görə, həssas bölgələrdə jurnalistlərin informasiyaya daha çevik çatması və informasiyanı yayması imkanının olması şayiələrin yaranmasının qarşısını ala bilər. Buna görə də yerli jurnalistlər müvafiq əlaqələrin qurulması işinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.
Seminarda tanınmış jurnalist, layihənin təlimçisi Kərim Kərimli hərbi jurnalistika və Qarabağ münaqişəsi ilə bağlı informasiyaların hazırlanmasında əsas diqqət göstərilməli olan məqamlar barədə danışıb. Və öz təcrübəsindən misallarla situasiyanı dinləyicilərin diqqətinə çatdırıb.Lent.az
Növbəti seminarın daha bir həssas bölgədə, Füzuli rayonunun cəbhə xəttinə yaxın kəndlərində keçirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

20-08-2015, 23:55
Marsda qucaqlaşan yadplanetlilər tapıldı - FOTO
20-11-2016, 21:15
Üzərlik və ya duz yandırıb başdan səpələmək olarmı?
8-01-2018, 11:46
ASAN xidmətə 19 milyonuncu müraciət
11-09-2022, 16:01
Bakıda 5 manata qəribə xidmət - Əsasən qızlar istifadə edir - FOTO
30-09-2021, 10:23
“Polimer Sənaye Parkı” MMC-də ÖZBAŞINALIQ - NARAZILIQ VAR!
22-03-2015, 13:23
Ermənilər on rayonumuzu atəşə tutdu
22-03-2016, 12:59
Ova gedən astaralı balıqçını cərəyan vurdu
4-09-2022, 11:55
Bu tarixdən hava kəskin dəyişəcək - Xəbərdarlıq
15-12-2015, 00:46
İŞİD-ə qoşulan 5 nəfərə hökm oxundu