Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayrağa bürünən Bakı - REPORTAJ
Tarix: 09-11-2015 | Saat: 15:09
Bölmə:M / Karusel / Gündəm / Ekskluziv | çapa göndər

Bayrağa bürünən Bakı - REPORTAJ
Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayragı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.

APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

"2009-cu ildən bəri bu günkü tarix Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Şəhərdə əsl bayram ab-havası var. Şəhərin demək olar ki, bütün yaşayış binalarının üzərində Azərbaycan bayrağı dalğalanır. Hal-hazırda isə Heydər Əliyev prospektindəyik. Binaların hər birinin eyvanından Azərbaycan bayrağı asılıb".

"Şəhərin əksər yerlərində olduq. Çox qürürverici haldır ki, yaşayış binalarının üzərində Azərbaycan bayrağı dalğalanır. Hal-hazırda isə jurnalistlərin binası qarşısındayıq. Gördüyünüz bu binada Türkiyə və Azərbaycan bayraqları yanaşı asılıb. Bu isə dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.

"Bayraq günü münasibəti ilə təkcə binaların dövlət müəssisələrinin üzərində deyil, gördüyünüz kimi "Bakı-Buss" avtobuslarının üzərində də bayrağımız öz əksini tapıb".

Sürücülər də bu gündən qürur duyduqlarını bildirdilər.

"Bu gün bizim Azərbaycan Respublikasının Milli Bayraq günüdür. Bu bizim dövlət bayrağımızdır. Bu bayraq isə daima üzərimizdədir. Bayrağı üzərimizdən əskik etmirik".

"Bayraq günümüzdür. Allah bizə qismət eləsin, torpaqlarımızı alınsın, bir də bayrağımız həmişə uca olsun".

"Dünyanın ən uca bayrağı Bakının Dövlət Bayrağı Meydanında ucaldılan Azərbaycan bayrağıdır ki, bu bayrağın hündürlüyü 162 metrdir və bu bayraq şəhərin hər bir yerindən görünür".

Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___