Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sumqayıtda vəhhabidən qumbara və avtomat tapıldı
Tarix: 07-11-2015 | Saat: 16:33
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər

 Sumqayıtda vəhhabidən qumbara və avtomat tapıldı

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

APA TV-nin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sumqayıt şəhərində yaşayan Ağdam rayon sakini Rəvan Əliyevin mənzilində silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində evə baxış zamanı oradan 1 ədəd avtomat silah və “F-1” markalı əl qumbarası aşkar edilərək götürülüb.

Saxlanılan şəxs Rəvan Əliyev: "Sumqayıt şəhərində 15-ci məhəllədə maşını saxladılar, evimdə axtarış apardılar. Avtomatı onlara təhvil verdim".

Saxlanılan şəxsin hələlik istintaqa bəlli olmayan dini cərəyanlardan birinin üzvü olduğu ehtimal edilir.

Birgə keçirilən digər tədbir zamanı isə Sumqayıt şəhər sakini Xalid Abuzərov şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən “AK-74” markalı avtomat və ona aid olan sandıqçada 30 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs Xalid Abuzərov: "Bir necə gün əvvəl yol kənarından avtomat tapmışdım. Polis əməkdaşları soruşdular, dedim evdədir. Silahı onlara təhvil verdim".

Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___