Tarixdə ilk: Çin və Tayvan liderləri bir arada
Tarix: 07-11-2015 | Saat: 13:11
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Bu gün Sinqapurda Çin Xalq Respublikasının yaranmasından bəri ilk dəfə olaraq Çin və Tayvan liderlərinin görüşü keçirilib
Xeberaz.az -ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Sinqapurdakı “Şanqri-la” otelində bir araya gələn Çin rəhbəri Si Tszinpin və Tayvan administrasiyasının rəhbəri Ma İntszyu medianın önündə bir-birinə əl uzadaraq görüşüblər.
Pekindən verilən açıqlamada bildirilib ki, danışıqlar zamanı Tayvan boğazının iki tərəfi arasında münasibətlərin sülh yolu ilə inkişafı müzakirə olunacaq. Açıqlamada xüsusi qeyd olunub ki, görüş “vahid Çin” prinsipinə uyğun keçiriləcək.
Qeyd edək ki, Çin mərkəzi hökuməti ilə ada əyaləti arasında əlaqələr 1949-cu ildə Çindəki vətəndaş müharibəsində məğlub olan Homindanın qüvvələrinin Çan Kayşinin başçılığı ilə Tayvana qaçmasından sonra pozulub. 1980-ci illərin sonlarında işgüzar və qeyri-formal əlaqələr bərpa olunub.
Xəbəri paylaş
4928 dəfə oxunub.
Digər xəbərlər

8-01-2017, 12:43
Trampın qızının 113 dollarlıq libası - FOTOLAR
11-06-2018, 14:40
Tolikdən işdən çıxarılması xəbərinə cavab
24-10-2022, 09:52
İş saatlarını dəyişdirsək, tıxac həll olunacaq? - AÇIQLAMA
18-04-2015, 15:33
“Uşaqlarla disko-klubdan çıxdıq, içmişdik”- Video
18-07-2015, 15:21
Rəqsanəyə məktub yazdılar - "Fikir eləmə quzum" - VİDEO
2-10-2023, 15:08
Azərbaycanda vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi, ölən və yaralılar var – VİDEO
18-08-2022, 11:56
Laçından sonra Qazaxın 7, Naxçıvanın 1 kəndi də boşaldılacaq - DSX generalından anons
31-07-2015, 15:09
100 ilə yaxın müddətdə çürüməyən cəsəd - Ata ölən qızını necə ölümsüzləşdirdi - VİDEO - FOTOLAR
3-10-2016, 01:43
Obamanı söyən prezident yəhudilərdən üzr istədi
9-07-2018, 16:43
Ərəb biznesmen Qarabağda fındıq bağları salacaq