Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vüqar Bayramov vətəndaşların narahatlığına aydınlıq gətirdi
Tarix: 05-11-2015 | Saat: 13:47
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Vüqar Bayramov vətəndaşların narahatlığına aydınlıq gətirdi
“7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə bu proses başa çatmaq üzrədir”.

Son günlər daha çox müraciət edilən məsələ banklarda depozitlərin taleyi ilə bağlıdır. Sual sadədir: Əmanətlərin Sığortalanması Fondundakı 109 milyon manatın ümumi sığortalanmış əmanətlərin 2,2%-ni təşkil etməsi depozitlərin qorunması baxımdan problem yaradırmı?

Ümumiyyətlə, fondda nə qədər pul saxlanılmalıdır? Birmənalı şəkildə, fondun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır. Əvvəla, beynəlxalq praktikada bu tip fondların aktivlər ilə sığortalanan əmanətlərin həcmindəki payı ilə bağlı konkret heç bir standart yoxdur.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir:

“Bu hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir. İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir.

Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83,6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18,2 trilyon rubldur (290 billion 476 milyon dollar). Şimal qonşumuzda fondun aktivlərin ümumi sığortalanan əmanətlərdə payı cəmi 0,45 faizdir. Amma bu anlama gəlirmi ki, Rusiyada bütün vətəndaşların əmanətləri təhlükədədir?

Təbii ki, yox. Üçüncüsü, fondun aktivlərinin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu, bankların xərclərinin artmasına və bir sıra məhsullarının bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək.

Bu cür fondlar adətən riskli bazar alətlərinə yatırım etmirlər, hətta potensial gəlirlilik səviyyəsi yüksək ola bilsə də. Fondun vəsaitlərinin isə nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarəedilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır: ancaq bu az riskli istiqamətlər üzrə olmalıdır”.

Bundan başqa, Bayramov əlavə edib ki, hazırda 7 bankın likvidizasiyası planlaşdırılmır, söhbət keçmiş zamandan gedir:

“Dördüncüsü, bütün və ya əksər bankların eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil. Eyni zamanda, 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. Evrobankda əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir.

Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcüd aktivlərindən çox olduğu halda baş verir. Ona görə də, bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz. 29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7,6 milyard manat olduğunu nəzərə alsaq gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görsənir”.

“Altıncısı, hal-hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələr ilə müqayəsədə 3 dəfədən çox azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə mane olur. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalanan faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb.

Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatçılıq yaranmalıdır. Əksinə, fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bunun da edilməsi olduqca vacibdir. Əmanət qorunursa o bütün hallarda qaytarılmalıdır: hətta borclanma hesabına olsa da”, - deyə iqtisadçı əlavə edib.



3448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___