Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vergilər Nazirliyində növbəti kadr – DƏYİŞİKLİYİ
Tarix: 04-11-2015 | Saat: 18:45
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Vergilər Nazirliyində növbəti kadr – DƏYİŞİKLİYİ
Yeni idarə yaradıldı.

Vergilər Nazirliyinin ərazi vergi orqanlarının fəaliyyətinə nəzarətin səmərəliliyinin artırılması, vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması, yerlərdən daxil olan vətəndaş müraciətlərinə baxılmasına nəzarətin gücləndirilməsi məqsədilə Vergilər Nazirliyində Ərazi vergi orqanları ilə iş üzrə idarə yaradılıb.

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.

“Yeni idarə nazirliyin Cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin, audit və operativ nəzarət sahələri üzrə müşavir xidməti şöbəsinin, habelə audit və operativ nəzarət sahələri üzrə nazirin müşaviri vəzifələrinin ləğv olunması və onların ştat vahidləri hesabına formalaşdırılmışdır”, - deyə nazirlikdən qeyd edilib.

Qurumdan bildirilib ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini, vergi xidməti müşaviri Elçin Bəylərov Ərazi vergi orqanları ilə iş üzrə idarənin rəisi vəzifəsinə keçirilib.

Bundan başqa, nazirlikdən qeyd edilib ki, vergilər nazirinin digər əmrləri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini, baş vergi xidməti müşaviri Rövşən Əhmədov nazirliyin Vergi auditi baş idarəsinin rəisi, Vergi auditi baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri Müsavər Nəbiyev nazirin müşaviri vəzifəsinə keçirilib.



3778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___