Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yasamalda qohumlar arasında qanlı dava
Tarix: 30-10-2015 | Saat: 12:39
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Yasamalda qohumlar arasında qanlı dava
Namazov bacısının döyülməsindən narahat olub.

Yasamalda qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Xəbəraz
.az xəbər verir ki, APA-nın məlumatına görə, Yeni Yasamal 2, bina 8-də Bəhruz Namazov yeznəsi tərəfindən bıçaqlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, Bəhruz Namazovun bacısı ilə həyat yoldaşı arasında tez-tez mübahisələr baş verib. Hər dəfə də ər həyat yoldaşını döyüb.

Bacısının tez-tez döyülməsindən narahat olan Bəhruz Namazov yeznəsi ilə söhbət etmək qərarına gəlib. Söhbət zamanı yeznə ilə qayın arasında mübahisə düşüb. Mübahisə zamanı da yeznəsi Bəhruz Namazova bıçaqla zərbə endirib.

Yaralı bacısı tərəfindən çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Bəhruz Namazovda bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Baş verən qanlı hadisəni Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi araşdırır.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

7238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___