Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstan indi də İrandan qaz almağı planlaşdırır
Tarix: 28-10-2015 | Saat: 19:33
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər


Gürcüstan indi də İrandan qaz almağı planlaşdırır
Gürcüstanın energetika naziri KaxaKaladze noyabrın ortalarında təbii qazın tranziti ilə bağlı danışıqlar aparmaq üçün İrana gedəcək

Musavat.com-un gürcü qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə nazirin özü məlumat verib.

Onun sözlərinə görə, İran həddən artıq maraqlı bazardır və bu ölkənin malik olduğu resurslardan Gürcüstanın hazırkı geosiyasi durumu nəzərə alınmaqla maksimum şəkildə istifadə olunmalıdır.

“Noyabrın ortalarında şəxsən mən Tehrana getməyi planlaşdırıram və müvafiq şəkildə biz oradan qaz almağın mümkünlüyü haqda danışacağıq. Bütün bunlar çox vacibdir” – deyib nazir.
Qeyd edək ki, bir neçə dəfə Rusiyanın “Qazprom” inhisarçı şirkəti ilə danışıqlar aparıldığını söyləyən Kaladze indiyədək İran qazı ilə bağlı heç bir bəyanat verməmişdi. Bu barədə dünən birinci dəfə sabiq baş nazir Bidzinaİvanişvili xatırladıb. Müşahidəçilərə görə, məhz onun açıqlaması Kaladzenin bugünkü bəyanatına və bu yöndə fəallaşmaya səbəb olub.

Əlavə edək ki, nazir daha öncə Azərbaycanın Gürcüstanın qaza olan tələbatını ödəmək gücündə olmadığını bildirmişdi.


Xəbəri paylaş

5698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___