Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aydın Əliyev: “Lexus” 2 min, BMW 4 min dollara ola bilməz
Tarix: 28-10-2015 | Saat: 16:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Aydın Əliyev: “Lexus” 2 min, BMW 4 min dollara ola bilməz
“Xahiş edirik hesablamanızı onunla aparmayasınız”.

Avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan şikayətlərin heç biri öz təsdiqini tapmayıb.

Xəbəraz.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

“Əvvəllər tez-tez qarşılaşdığımız məsələ köhnə maşınlarla bağlı idi. Biz onlara deyirik ki, köhnə maşın alarkən əldə etdiyiniz hansısa sənəd əsas sayıla bilməz. Yəni “Lexus” 2 min dollara, yaxud BMW 4 min dollara ola bilməz. Ona görə də xahiş edirik hesablamanızı onunla aparmayasınız. Gömrük idarəsində bununla bağlı ekspertlər fəaliyyət göstərir.

Mərkəzi Gömrük Ekspertiza İdarəsinin mütəxəssisləri qanunvericilikdə nəzərdə tutulan qaydada maşına baxaraq avtonəqliyyat vasitəsinə qiymət qoyur və rəsmiləşdirilmə aparılır”, - A.Əliyev bildirib.

O qeyd edib ki, DGK-nın yeni saytı tərtib edilərkən sayta avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı təxmini kalkulyator da yerləşdirilib.


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___