Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neftin ucuzlaşması bu ölkələri çökdürəcək - SİYAHI
Tarix: 27-10-2015 | Saat: 11:47
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Neftin ucuzlaşması bu ölkələri çökdürəcək - SİYAHI
Səudiyyə ərəbistanı son bir ildə 360 milyard itirib

Beynəlxalq Valyuta Fondu neftin qiymətinin kəskin azalmasının bir çox ölkələrin iqtisadiyyatını çökdürəcəyini bəyan edib.Xəbəraz.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əsas təhlükə başda Səudiyyə Ərəbistanı olmaqla Yaxın Şərq ölkələrini gözləyir.
Yaxın Şərqdə silahlı münaqişələrin davam etməsi bu regiondakı ölkələrin valyuta ehtiyatlarının sürətlə əriməsinə səbəb olur. Əgər neftin qiyməti 50 dollar səviyyəsində qalacaqsa, Səudiyyə Ərəbistanının valyuta ehtiyatı 5 il ərzində tükənə bilər. Bu ölkənin iqtisadi stabilliyinin saxlaması üçün neftin qiymətinin 100 dollar səviyyəsində qalması zəruridir. Dünyanın ən böyük neft satıcısı olan ərəblər təkcə son bir ildə neftin ucuzlaşmasından 360 milyard dollar itirib.

Eyni təhlükə Səudiyyə Ərəbistanı ilə yanaşı digər region ölkələrini : BƏƏ, Qatar, Bəhreyn, İran və İraqı da gözləyir. İŞİD təhlükəsi və daxili toqquşmalarla boğuşan İraqda neftin qiymətinin ən azı 81 dollar olması ölkədə vəziyyəti stabil saxlamağa kifayət edir. İranda isə bu rəqəm 72 dollardır.

Digər ərəb ölkələrində silahlı münaqişələr ölkə daxilinə keçməsə də, həmin dövlətlərin bu münaqişələrə nə dərəcədə təsir etmələri və pul xərcləmələri sirr deyil.


Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___