Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaçqınlara verilən evlərin sayı açıqlandı
Tarix: 26-10-2015 | Saat: 23:06
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər

Qaçqınlara verilən evlərin sayı açıqlandı

"Qaçqın və məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün bu günə qədər 93 müasir tipli qəsəbə salınıb"

Bu sözləri Axar.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərin bu gün ən əsas problemi onların mənzil məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır:

“İndiyədək salınan yaşayış komplekslərinin hər biri hündürmərtəbəli olmaqla bütün müasir standartlara cavab verir.

Sözügedən komplekslərdə məktəb, uşaq bağçaları, zəruri olan hər bir şərait yaradılıb. 93 müasir qəsəbədə 47 min ailə, yəni 270 min nəfər məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb”.

“Qaçqınkom” sözçüsü bildirib ki, dövlət proqramına əsasən, digər məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırılması, onların yeni evlərlə təmini mövzusunda mərhələli işlər həyata keçirilməkdə davam edir:

“Tezliklə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan digər məcburi köçkünlər də bu qayğılarla təmin ediləcəklər”.

Xatırladaq ki, bu prinsip daha ağır şəraitdə yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Azərbaycanın 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünü var.


Xəbəri paylaş

7368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___