Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalqın partiyası və Xalqın namizədi...
Tarix: 25-10-2015 | Saat: 20:17
Bölmə:M / Karusel / Reportaj | çapa göndər

Xalqın partiyası və Xalqın namizədi...
"Siyasi-ideologiya ilə bədii ədəbiyyatın vəhdəti xalq üçün də, dövlət üçün də son dərəcə faydalıdır"
Xəbəraz.az AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) "Xalqın partiyası və Xalqın namizədi..." yazısını təqdim edir:

"Xalqa xidmət, xeyirxahlıq, vicdan kimi vacib mənəvi dəyərlər, fikrimizcə, insanlara tam mənada nə məktəbdə, nə universitetdə öyrədilmir. Bu ali keyfiyyətlərin kökü, bünövrəsi gərək adamın genində də olsun. Çünki, genetik xüsusiyyətlər, təlim, tərbiyyə, təhsil, təbliğat nəticəsində şəxsiyyətin xasiyyətində, mənəviyyatında möhkəm oturuşur, kök salır. Təsadüfi deyil ki, hər hansı bir şəxsin müəyyən əməlini qiymətləndirərkən el arasında belə bir ifadə işlədilir: “qanında var”. Bu, min illərin sınağından keçərək özünü doğrultmuş bir ifadədir. Hətta müdrik kəlamdır. El arasında rəvayət də var ki, bir şah, qaraçı övladını götürüb öz övladı kimi böyüdür, təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Uşaq şah oğlu kimi böyüyür, boya-başa çatır. Günlərin birində şah ova çıxarkən “oğlunu” da aparır. Bir meşəlikdən keçərkən gənc “şahzadə” bir ağac budağı göstərərək, həvəslə deyir: bundan nə gözəl ələk saxnağı olar! Şah o saat “barmağını dişləyir”: demək bunun genində qaraçılıq var, qaraçı oğlundan şahzadə olmaz.
Demək, insanın şəxsiyyət kimi yetişməsində, formalaşmasında, yüksək mənəvi dəyərləri özündə cəmləşdirməsində onun hansı nəsildən, hansı aillədən çıxmasının başlıca rolu danılmazdır. Bizə elə gəlir dövlət quruculuğu, savadlı insanların məsul vəzifələrə təyin edilməsi məsələlərində, xüsusən səsvermələrdə bu cəhətə başlıca önəm vermək həmişə, necə deyərlər, işin xeyrinə atılmış uğurlu addım sayıla bilər.
Qarşıdan deputat seçkiləri gəlir, bütün xalqımız kimi, Kəlbcər seçiciləri də seçim qarşısındadır. Təbii ki, hər kəs özünün ən layiqli hesab etdiyi namizədə səs verəcək. Mənə elə gəlir, əziz həmyerlilərim növbəti müddət üçün yenə öz səslərini həmişə hər bir kəlbəcərlinin yanında olan, öz el-obasının sevincinə sevinib, kədərinə kədərlənən Cavid Qənbər oğlu Qurbanova verəcəklər. Qeyd edim ki, bu əminliyim elə-belə havadan deyil. Bu ehtimalımın kökündə kifayət qədər məntiqi, obyektiv səbəblər dayanır. Birinci növbədə, onu qeyd etmək lazımdır ki, Cavid müəllim, artıq uzun illərdir el-obamızın, xalqımızın və dövlətimizin etimadını doğruldaraq möhkəm inamını, etibarını şərəflə qazanmışdır. O, həm xalqın, həm dövlətin mənafeyini paralel olaraq bir arada uca tutmağı, qorumağı bacaran ictimai xadimlərimizdəndir. İstər deputat kimi, istərsə də məsul dövlət vəzifələrində çalışan bir məmur olaraq vətənə vətəndaşlıq borcunu illərdən bəri ləyaqətlə yerinə yetirən Cavid Qurbanov problemi olan, dara düşən, qapısını döyən hər bir kəlbəcərlinin də ümid yeri, arxa dayağı olub həmişə və bu gün də olmaqdadır. Bu isə ondan irəli gəlir ki, o, köklü bir nəsildəndir. Xeyirxahlıq, vətənə, xalqa vicdanla, ləyaqətlə xidmət, el-obaya qayğı və diqqət, dövlətçilik düşüncəsi, göstərilən etimadı doğrultmaq, sədaqətlilik kimi ən uca insani keyfiyyətlər onun genlərində otruşmuşdur. El dili ilə desək, qanında var. Cavid Qurbanovun mənsub olduğu soy, nəsil hələ orta əsrlərdən mədəniyyətimizə, mənəviyyatımıza dəyərli töhvələr verməklə yanaşı, dövlətə və dövlətçiliyə bağlı olmuş, ictimayyət içində nüfuz qazanmağa başlamışdır. Ən ulu babalarından olan Miskin Abdala, Şah İsmayıl Xətainin mükafat təqdim etməsi tarixi həqiqət olaraq fikrimizi təstiq eləyir. Hətta bəzi qaynaqların məlumatına görə, nəhəng fateh bir sıra dövlət əhəmiyyətli məsələlərdə onunla məsləhətləşər, xalq arasında , ictimayyətdə böyük hörməti olan el sənətkarının fikir və düşüncələrinə xüsusi önəm verərmiş. Görünür, Miskin Abdal mənəviyyat adamı olmaqla yanaşı, həm də ictimai xadim kimi öz zamanında xalqına, dövlətinə sədaqətlə xidmət etmiş və əvəzində dövlət başçısı tərəfindən ali mükafata layiq görülmüşdür.
Sevindirici haldır ki, bu xətt nəsildən-nəslə yüzillər böyu davam etmiş, qırılmamış və bu gün də davam etməkdədir. Belə ki, Cavid müəllimin ulu babası Ağdabanlı şair Qurban, babası Dədə Şəmşir, atası Qənbər müəllim, nəhayət, üzü Miskin Abdaldan başlayan şərəfli yolun layiqli davamçıları olaraq, sapmadan, büdrəmədən addımlamış və addımlamaqdadırlar. Dədə Şəmşir ustad el sənətkarı olmaqla yanaşı, uzun illər Kəlbəcərdə məsul ictimai vəzifələrdə ləyaqətlə çalışmışdır. Qənbər müəllimsə, görkəmli ictimai-xadim olaraq, çalışdığı yüksək vəzifələrdə nüfuz, xalq sevgisi qazanmaqla yanaşı, mədəniyyətimizə, ədəbiyyatımıza da dəyərli töhvələr vermişdir. O, bu gün də yaradıcılığını davam etdirməkdədir. Həmçinin də Cavid Qurbanov.
Yeri gəlmişkən qeyd edək ki, Miskin Abdal, Qurban ocağından pərvazlanan bu dəyərli şəxsiyyətlər haqqında düşünəndə, professor Nizami Cəfərovun aşağıdakı fikrini xatırlamamaq olmur: bədii ədəbiyyatla siyasi hakimiyyət, ideologiya həmişə bir-bir ilə vəhdətdə, qarşılıqlı əlaqədədir. Doğrudan da bu qənaətdə çox böyük həqiqət var. Və bu olduqca yaxşı haldır. Siyasi-ideologiya ilə bədii ədəbiyyatın vəhdəti xalq üçün də, dövlət üçün də son dərəcə faydalıdır. Bu, “biri od olanda, biri su olar” məsələsini xatırladır. Belə ki, ictimai xadimin, vəzifəli şəxsin, məmurun bədii ədəbiyyata, poeziyaya bağlılığı onun mənəviyyatında xeyirxahlıq, düzgünlük, hümanistlik, ədalətlilik prinsiplərinin daha da güclənməsinə səbəb olur. Nəticədə dövlətin etibarı ilə yanaşı, xalqın sevgisini də paralel olaraq qazanmaq asanlaşır. Miskin Abdal da, Dədə Şəmşir də, Qənbər müəllim də, Cavid Qurbanov da bax bu cür hərtərəfli, bütöv, həm dövlət, həm xalq tərəfindən sevilən, etibar edilən, güvənilən şəxsiyyətlərdəndirlər. Təkcə bunu qeyd etmək kifayyətdir ki, sözügedən Qurbanovlar nəsli 150 ildən artıqdır Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışlar. Onlar, eyni zamanda, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına öz dəyərli töhfələrini vermişlər. Xüsusən Cavid müəllim millət vəkili olduğu ötən on ildə daim kəlbəcərlilərin ümid yeri, arxa-dayağı olmuşdur. Onların problemlərinin həllində, sosial çətinliklərinin aradan qaldırılmasında, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında heç vaxt əlindən gələni əsirgəməyibdir. O, hal-hazırda iqtisadiyyatımızın strateji sahələrindən olan Dəmir Yol təssərüfatına rəhbərlik edir. Cavid müəllimin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu vəzifəyə təyin olunmasından hələ qısa bir müddət keçməsinə baxmayaraq, burada da artıq böyük işlər görülüb və görülməkdədir. Dəmir yol təsərrüfatının müasirləşdirilməsi istiqamətində görülən mühüm işlər, Bakı-Sumqayıt elektrik qatarının açılması və s. bu sahədə həyata keçirilən mühüm layihələrdəndir.
Ümumiyyətlə, Cavid Qurbanov Dövlətimiz və xalqımız qarşısında daim üzərinə düşən bütün vəzifələrin öhdəsindən layqincə, bacarıqla, vicdanla gəlib və gəlməkdədir. Onun qəlbindəki vətən, yurd sevgisi, Kəlbəcər ağrı-acıları isə tamam başqa yazının mövzusudur. Bütün sadalananları nəzərə alaraq, əminliklə söyləyə bilərik ki, doğma kəlbəcərlilərimiz növbəti müddət üçün də namizədliyi YAP tərəfindən irəli sürülmüş Cavid Qənbər oğlu Qurbanova səs verəcəklər! Çünki YAP xalqın partiyası, Cavid Qurbanovsa xalqın namizədidir. Yuxarıda da qeyd etdiyimiz kimi, o, öz şərəfli soykökü ilə tanınıb-sevilən, illərdən bəri dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edən, dövlətlə xalqın mənafeyini bir arada tutmağı, uyğunlaşdırmağı bacaran peşəkar kadrdır. Bir daha vurğulayaq ki, bu ən vacib keyfiyyətlər, ilk növbədə, Cavid müəllimin genindən gəlir. Xeyirxahlıq, qayğıkeşlik, ədalətlilik, xalqa, vətənə, sevgi, dövlətə sədaqət onun qanında var, ruhunun mayasını təşkil edir"


Xəbəri paylaş

7178 dəfə oxunub.

Digər xəbərlər
2-02-2018, 10:43 Ağdaşda məscid yanıb
12-03-2017, 13:56 Ronaldo əkiz atası olur

bütün xəbərlər
____ Instagram ___