Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşsizlər üçün fürsət
Tarix: 29-03-2015 | Saat: 16:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

İşsizlər üçün fürsət

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2015-ci ilə dair İş Planına əsasən, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə gələn aydan respublikamızın bölgələrində növbəti əmək yarmarkalarının keçirilməsinə başlanacaq.

Xeberaz.az -in Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, il ərzində respublikanın 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur. Yarmarkalarda işaxtaran və işsiz vətəndaşlara boş (vakant) iş yerləri təklif olunmaqla, müvafiq hallarda onlar mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb ediləcəklər. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjalarının iştirakı da təmin ediləcək.

Bununla yanaşı, qeyd olunan İş Planına uyğun olaraq, gənclərin əmək bazarına çıxışının dəstəklənməsi və səmərəli məşğulluğunun təminatı məqsədilə ölkəmizin ali təhsil müəssisələrində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılır.


Xəbəri paylaş

7788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___