Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“800 AZN-ə aldığım telefon Dubaydan gətirilərsə...” - Aydın Əliyev
Tarix: 25-10-2015 | Saat: 01:18
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

“800 AZN-ə aldığım telefon Dubaydan gətirilərsə...” - Aydın Əliyev
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ans-ə müsahibə verib.
-Aydın müəllim, birinci sualım Azərbaycan dövlətinin iqtisadiyyatının formalaşmasında, yaranmasında, tənzimlənməsində Gömrük Xidmətinin rolu və bu rolun indiki vəziyyətdə özünü göstərməsi haqqındadır. Nəzərə alsaq ki, dünyanın bütün dövlətlərində idxal və ixrac problemi var. Və Azərbaycan da istisna deyil.

-Bildiyiniz kimi, Azərbaycanın Gömrüyü 1992-ci ildə təsis edilmişdir. Baxmayaraq ki, bu müddətdən 23 ildən artıq vaxt keçir, bu vaxtda gömrüyün keçdiyi həyat yolu birmənalı olmayıb. Deyə bilərik ki, müasir Gömrük Orqanının başlanğıcı 1995-ci ilə təsadüf edir. Bu barədə Ulu Öndərimiz Heydər Əliyev Gömrük Orqanlarının təsis edilməsinin 5 illiyində 1997-ci ildə demişdir ki, “Gömrük Orqanları hər bir iqtisadi müstəqilliyin əsas atributlarından biridir”. Bu çox gözəl bir sözdür. Bu gün də dünyada tanınmış əcnəbi gömrük mütəxəssisləri beynəlxalq seminar və konfranslarda öz çıxışlarını Heydər Əliyevin bu sözləri ilə başlayırlar. Gömrük öz imkanlarına görə unikal bir orqandır. Çünki, üzərlərinə düşən vəzifə dövlət büdcəsinin yerinin doldurulması, sərhəddə cinayətkarlıqa mübarizə, xarici ticarətdə statistikanın aparılması, ölkənin təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin sürətləndirilməsi, asanlaşmasıdır. Böhran isə Gömrük Orqanlarının qarşısında daha ciddi tələblər qoyur. Hazırki vəziyyətdə çalışmalıyıq ki, sahibkarlara və sərhəddi keçən vətəndaşlara lazımı şərait yaradılsın. Bundan başqa ixrac əməliyyatları da nəzərə alınmalıdır.

-Prezident son müşavirədə dedi ki, Gömrük Orqanlarının dövlət büdcəsinə daha çox vəsait toplanmaq üçün imkanları var. Bu imkanlar hansılardır və bunlardan necə istifadə edirsiz?“Qafqazinfo”

-Qeyd etmək istərdim ki, ölkə başçısının yanında Nazirlər Kabinetinin 9 ayına həsr olunmuş müşavirədə tamamilə düzgün bir fikir səsləndi. Azərbaycanda artıq uzun illərdir ki, büdcə Gömrük Orqanlarının idxalı sayəsində dolur. Burada əsas məsələ idxal olunan malların gömrük rəsmləşdirilməsi zamanı qiymətləndirmə məsələsinin düzgün tətbiqidir. Saxlanışda olan malların gömrük rəsmləşdirilməsinə cəlb olunmasıdır. Həmçinin qaçaqmalçılıqla mübarizə sayəsində. Bilirik ki, əsas vəzifəmizdən biri də qaçaqmalçılıqla mübarizədir. Bu ilin 9 ayı ərzində gömrüyün vergitutma bazası idxal malları hesabına həyata keçirilir. İdxal olunan malların 50 faizindən çoxu qanunvericilikdə nəzərədə tutulmuş gömrük sahəsində güzəştlərə cəlb olunan mallar olub. Bəzi sahibkarların imtiyazlardan düzgün istifadə etməməsi isə müəyyən problemlər yaradır. İdxal olunan mallar ötən il səviyyəsində olsa da, ümumilikdə vergitutma halları azalıb. Yüngül minik maşınları 2 dəfədən çox, tütün məmulatları küllü miqdarda, spirtli içki 15,4 milyon manat, şəkər və qənnadı məhsulları 60 milyondan çox, 155 milyondan çox neft məhsullarında verigitutma halları azalıb.

-Bu müşavirədə dövlət başçısı çox ciddi bir ittiham səsləndirdi. Əslində buna qədər də bu səviyyədə söhbətlər gedirdi. İctimaiyyətdə, KİV-də və ANS-də. Elə ANS-in efirində biz neçə dəfə bu mövzunu qaldırmışdıq ki, inhisarçılıq var. Dövlət başçısı isə bunu sərt bir şəkildə ortaya qoydu. Dövlət Gömrük Komitəsi buna niyə imkan verir? Və ya Dövlət Gömrük Komitəsi bunun qarşısını niyə almır?

-Bilirsiz ki, inhisarçılıq məsələləri idxalda da mövcuddur. Daxili bazar formalaşanda bu kimi amillər mütləq nəzərə alınmalıdır. Buna səbəb iri şirkətlərin daxili bazarda idxalı zamanı yaratdığı hegemonluqdur. Məsələn reklam malların idxalında böyük rol oynayır. Dünyanın bir çox yerlərində başqa sərinləşdirici içkilər istehsal olunsa da hazırda “Coco-cola” və “ Pepsi” əsas inhisarçılardan birisidir. İnhisarçılığa səbəb maarifləndirmənin aparılmamasıda ola bilər. Burada bizim də səhvimiz var. Bu nəzərə alınaraq iş adamlarının arasında bu məsləyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə bəziləri anlamır ki, artıq bazarda bir sıra dünyada tanınmış istehsalçıların malları satılaraq nümayəndəlik şəkildə bura gətirilir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır.

-Müəllim, ölkəyə mobil telefonların idxalına nəzarət gücləndirilib. Xüsusilə də, iPhone avadanlıqlarına. Sosial şəbəkələrdə hətta belə bir zarafat da yayılmağa başlayıb ki, öz iPhonu-nu xaricdən ölkəyə gətirirsənsə, artıq bunu etməyə qorxursan. Çünki, sənin iPhone-nun sənin əlindən alınmaq təhlükəsi var. Burda bir balaca zarafat var. Amma deyirlər ki, “ölüm olsun o zarafata ki, onun içində 5 faiz həqiqət yoxdur”. Bu tipli zarafatlara münasibətiniz necədir? Zarafatla yanaşırsız yoxsa ciddi?

-Bilirsiz bu əsl mənada zarafatdır. Məsələlərdən biri də qanunvericilikdə fiziki şəxslərə verilən güzəştlərdən düzgün istifadə etməmək. Mən sadəcə olaraq bir neçə mobil telefonları ilə bağlı rəqəmləri səsləndirim. Keçən il yanvarın 1-dən ölkəyə gətirilən bütün mobil telefonlar Rabitə və Texnologiyalar Nazirliyində qeydə alındı. Ölkəyə idxal olunmuş şirkətlər tərəfindən rəsmiləşdirilmiş telefonların sayı 100 mindən artıq olub. Fərdi qaydada isə vətəndaşlar tərəfindən idxal olunan rəsmləşdirilmiş telefonların sayı isə 1 milyon 515 mindir. Biz gömrük xidmətində vergitutmaya nəzarəti gücləndirməliyik və artıq rəqəmlərin təhlilinə başlamışıq. Mən bu yaxınlarda telefonu dükandan 800 AZN-ə aldım. Amma təhlil aparanda məlum oldu ki, bu telefon Dubaydan gətirilərsə və gömrükdə vergi ödəyib, ölkəyə daxil etsə belə bunun satış qiyməti 800 AZN ola bilməz.

-Bəlkə vətəndaşın qanunun ona verdiyi imkandan yararlana bilmədiyini rəsmiləşdirək ki, səhəri gün vətəndaş da küsməsin, inciməsin.

-Bir şeyi qeyd edək ki, məsələn mobil telefonlar bazarında hazırda heç bir problem yoxdur. Sadəcə olaraq bəzi mobil telefon satıcıları bunu bir çıxış yolu kimi tapıblar ki, vergi və rüsumlara cəlb olunmasın.

-Özlərinə telefon gətirirlər?

-Özlərinə deyəndə, yəni satış üçün telefon gətirirlər. Hazırda problem tütün məmulatlarının idxalı ilə bağlıdır. Çünki, qanunvericilikdə hər bir fiziki şəxs özü ilə 3 litr spirtli içki və 600 ədəd (3 blok) siqareti rüsumsuz gətirə bilər. Əsas bu problem Gürcüstan sərhəddində yaşanır. Bizim sərhəd kəndlərdə yaşayanlar viza tələb olunmadığı üçün gündə bir neçə dəfə Gürcüstana gedərək, siqaret alırlar.

-Gəlin Gürcüstan sərhəddində bir az dayanaq. Mən öz başıma gələn bir əhvalatı danışmaq istəyirəm. Gürcüstana gedən adam qısa bir vaxt ərzində ora keçə bilir. Amma Azərbaycana gələn adam iki-üç saat vaxt itirir. Bu, nə ilə bağlıdır?

-Çünki Gürcüstanda məsələ elə qoyulub. Məsələn, Azərbaycandan Gürcüstana heç nə aparılmır. Azərbaycana gələrkən isə vergi rüsumlarından qaçmaq şərti ilə küllü miqdarada mobil telefonlar, spirtli içkilər, tütün məmulatı və s. gətirilir. Ən böyük problem isə ərzaq məhsullarının Gürcüstandan Azərbaycana gətirilməsidir. Müəyyən olunmuş normalara uyğun olaraq isə şəxsi tələbat üçün hər adama 10 kiloqram ərzaq məhsulları düşür. Burada söhbət tək vergidən getmir. Bu ərzaq məhsuludur bunun sertifikatı, alınma sənədi olmalıdır. Kiminsə həyətyanı sahəsindən alınıb gətirmək təhlükə yarada bilər. Ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək üçün qanun-qayda yaratmaq bizim borcumuzdur.

-Aydın müəllim sahibkarların gömrükdən bir narazılğı da onlardan tələb olunan hazırki dillə desək, qeyri-rəsmi ödənişlərin tələb olunmasıdır. Belə deyək də, rüşvət istəyirlər. Bu istiqamətdə hansı tədbirlər görülür və bu narazılıq nə dərəcədə əsaslıdır. Ümumiyyətlə Gömrük Orqanlarında bu istiqamətdə görülən tədbirlərdə hansı nəticələrdən danışmaq olar? Məsələn cəza tədbirləri.

-Azərbaycan qanunvericiliyində hər növ cəza nəzərdə tutulur. Bununla bağlı ANS –də yayımlanmışdı ki, bizdə Risklərin İdarəolunması Mərkəzi var. Burada söhbət təkcə riskli yüklərin yox, əməkdaşların riskli əməllərindən də söhbət gedir. 600-dən yuxarı videokameralar bütün sərhəd-keçid məntəqələrinə nəzarət edir. Hər hansı bir müraciətə bu kameralar vasitəsilə aydınlıq gətirilir. Bununla bağlı məsələlər KİV-də daha çox hallanır. Keçən il müraciətlər sayəsində aparılan araşdırmaların sayı 1300-dən yuxarı idi. Bu ilin 9 ayı ərzində isə 1143 araşdırma olub. Qeyd edim ki, burada əlavə ödənişlərlə bağlı müraciətlər çox azdır. Aparılan araşdırlamarda məqsəd- şəffaflığın təmin olunmasıdır. Biz saytımızda avto nəqliyyatda vergi rüsumlarını hesablamaq istəyənlər üçün şərait də yaratmışıq. Yerində müraciət edənlərdə şikayətlər daha çox olur.

-Aydın müəllim bayaq biz danışdıq əsassız ödəniş və ya rüşvət. Bu kimi halların baş verməməsi üçün yəqin ki, o hadisələri və halları törədən səbəblər aradan qaldırılmalıdır. Dövlət başçısının son müşavirədəki çıxışında lisenziyalardan da söhbət getdi. Bu lisenziyaların müəyyən hissəsi elə sizin rəhbərlik etdiyiniz xidmətə də aidddir. Bu istiqamətdə nələrə hazırlaşırsız? Dəyişməyə və ya hansı addımlar atmağı planlaşdırırsız?

-Artıq ölkə başçısı tərəfindən qanunvericilikdə bununla bağlı hazırlanan sənədlər imzalanıb.

-Bəli, lisenziyalar artıq ASAN Xidmətə veriləcək.

-Belə deyək, Gömrük Orqanları üçün istər lisenziyalaşdırma, istərsə də yerlərdə yoxlama mövcud olan əsas poroblemlərdən biri deyil. Çünki, qanunvericilikdə əsasən biz bir sıra fəaliyyətə lisenziya veririk. Gömrük məcəlləsi Azərbaycanda dünyada tanınmış, BMT və Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı çərçivəsində beynəlxalq gömrük mütəxəsisləri tərəfindən yazılıb. Lisenziyaların verilməsi də məhz bu məcəllədə nəzərdə tutulub. Burada lisenziyalar gömrük anbarlarının, rüsumsuz maqazinlərin və gömrük brokerlərin təsis edilməsi ilə bağlıdır. Gömrük məcəlləsi Azərbaycanda 4 ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində lisenziya 9 dəfə rüsumsuz gömrük maqazininə, 7 dəfə gömrük müvəqqəti saxlanc anbarına, 7 gömrük broker fəaliyyəti göstərən şirkətə verilib. Bu say Azərbaycanda kifayət qədərdir.

-Aydın müəllim lisenziyalardan danışdıq. İstərdim ki, cənab prezidentin müşavirədə qeyd etdiyi və yəqin ki, artıq sənəd şəklində icraata verildiyi, başqa bir ifadə haqqında danışaq. Yoxlamaların dayandırılması. Müəyyən yoxlamalar da var ki, Gömrük Xidməti olaraq sizin rəhbərlik etdiyiniz qurum həyata keçirir. Cənab prezidentin çıxışından sonra yoxlamalara qoyulmuş qadağalardan sonra nə dəyişir? Siz də yəqin yoxlamaları dayandıracaqsız?

-Gömrük məcəlləsinin 98-ci maddəsinə əsasən Gömrük Orqanları şirkətlərdə hər hansısa bir imtiyazlardan istifadə edilirdisə, indi ən çox idxal üzrə əməliyyatları yoxlaya bilərlər. Bu bizdə elə də çox yayılan bir sahə deyil. Sadəcə keçən il və bu ilin 10 ayı ərzində bu yoxlamaların sayı 30-a yaxındır. Keçən il 21 yoxlamadan 13 müəssisədə heç nə aşkar olunmamışdır.

-Nə yoxlayırsız ki, siz orada? Nəyi aşkar etmək istəyirsiz?

-İmtiyazlardan düzgün istifadə qaydalarını. Məsələn hər hansı bir şirkətə idxal zamanı vergidən yayınır, imtiyazlardan düzgün istifadə etmir. Keçən il 600 min manatadan artıq vergidən yayınma tutularaq dövlət büdcəsinə keçirilmişdir.

-Yəqin ki, bundan sonra olmayacaq bu yoxlamalar?

-Onda rəsimləşdirmə zamanı daha da diqqətli olmalıyıq. Yüklərin yerlərinin düzgün təyininə fikir verməliyik.

- İstəyirəm söhbətimizin bu yerində Dövlət Gömrük Xidmətində çalışan əməkdaşların maaşları barədə də soruşum. Çünki, bir qayda olaraq, bizdə belə bir təsəvvür yaranır ki, adətən normal maaş alan adamın rüşvətə meyli olmur.

-Bilirsiz ki, Gömrük Xidmətini formalaşdırma və işinə yenidən baxma 1995-ci ildən başlayıb. Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə və indi İlham Əliyev də Gömrük Orqanlarının maddi bazasını həmişə diqqət mərkəzində saxlayıb. Gömrük Orqanlarında əməkdaşlar arasında vəzifə maaşı dəfələrlə qalxıb. Əməkdaşların həvəsləndirilməsi üçün ölkə başçısı tərəfindən bir neçə il bundan əvvəl tədbir keçirilib. Bundan əlavə gömrüyün büdcədən kənar özünün fondu var. Bu Gömrük rəsmləşdirilməsinin büdcəyə çatan pulları deyil. Fonddan hər ay əməkdaşlarımızın maaşının üstünə onların əmək haqqlarının 200 faizi əlavə olunur. Buna 1 və 3 ildən sonra yenidən baxılır. Fəaliyyətləri ilə əlaqədar 30 faizə yaxın əlavələr olunur. Bundan əlavə Gömrük Hospitalı fəaliyyət göstərir. Plastik əməliyyatları çıxmaq şərtilə Gömrük Orqanları əməşdaşları üçün orada tibbi xidmət pulsuz göstərilir. Dili bilmək və başqa xüsusi bacarıq da məvacibi artırır. Bütün bu şərtlər imkan verir ki, Gömrük Orqanı əməkdaşı öz fəaliyyətini təmiz bir şəkildə həyata keçirtsin. 90-ci illərin sonundan isə qaçaqmalçılıq sahəsində qanunsuz malı aşkar edən, təhqiqatı və istintaqı aparan gömrük əməkdaşı sonuncu nöqtədə yəni, əməliyyat sonunda əldə olunnan malın müəyyən faizini qanunvericilik əsasında 1,75 faizini bu işdə iştirakı olunanalara verilir.

-Azərbaycan dövlətinin təmizliyi və halallığı rəhmətlik Heydər Əliyev demişdi “Gömrükdən başlayır”. Əgər təmizliklə, hallalıqla ora girilərsə, onda ölkənin təmiz və halal yaşaması üçün şərait var. Təşəkkür edirəm Aydın müəllim. Ümid edirəm ki, Heydər Əliyevin bu sözlərini Gömrük Xidmətinin ən sıravi əməkdaşından tutmuş siz rəhbərə kimi hamınız yadınızda saxlayacaqsız!


Xəbəri paylaş

8658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___