Vasif Talıbovun oğlu vəzifəyə təyin olundu
Tarix: 24-10-2015 | Saat: 12:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun böyük oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsinə təyin olunub
O, təxminən 1 aydır ki, vəzifəsinin icrasına başlayıb.
Bu barədə “AzPolitika”-ya məlumatlı mənbələr xəbər verib.
MR rəhbərinin böyük oğlu və biznes imperiyasının rəsmi sahibi olan Rza Talıbovun dövlət məmurluğuna başlaması maraqlı hadisədir. İndiyədək onun adı daha çox biznesmen kimi hallanıb və biz bilən dövlət işində təcrübəsi yoxdur. Lakin ötən ay cəmiyyət “Gəmiqaya” holdinqin prezidenti olan Talıbovun alim kimliyi ilə də tanış oldu.
Məlum oldu ki, Rza Talıbov həm də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.Hətta kitab da yazır. Sentyabrın 23-də BDU-da Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitablarının təqdimat mərasimi də keçirilib.
İş adamı-alim Talıbov, belə görünür ki, özünü dövlət işində də sınamaq qərarına gəlib. Onun niyə məhz Miqrasiya Xidmətini seçdiyi maraqlıdır.
Vasif Talıbovun biznesdən dövlət işinə keçən oğlu ilə bağlı nə planları var? Bunu zaman göstərəcək…
Xəbəri paylaş
2 5408 dəfə oxunub.
Digər xəbərlər

15-02-2017, 18:08
Tez hamilə qalmağın 8 AĞLAGƏLMƏZ YOLU
12-05-2017, 14:40
“Qardaşımın ölümünü anamdan gizlədirik”
10-10-2015, 16:54
Bakıda ölüm faktı aşkarlandı
2-05-2017, 11:29
Abbas ən kök halının fotosunu yaydı
18-02-2016, 14:42
Təhsil idarəsi Suraxanı rayonundakı məktəbdə baş verən kütləvi dava ilə bağlı açıqlama verib
7-04-2018, 10:48
"Bir az diqqətsiz olsaydıq, "Kamaz" bizi vura bilərdi" - Nicat
1-06-2017, 23:41
Bakı-Şamaxı yolu bağlandı - 500-dən çox maşın yolda qaldı
24-07-2016, 18:23
Sumqayıtda qarajda meyiti tapılan sevgililərin acı hekayəsi +FOTOSU
7-06-2016, 22:20
İTV iki direktoru çıxartdı: köhnə direktoru geri qaytardı