Saxlanılan MTN zabitlərinin adları məlum oldu
Tarix: 21-10-2015 | Saat: 20:17
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər
Cinayət işi açılıb.
Ötən gün Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Araşdırma nəticəsində məlum olub ki, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, nazirliyin Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev, Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev və Mərkəzin digər iki əməkdaşı həbs olunanlar arasındadır.
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

14-10-2015, 21:12
Mobil telefonlar bizi belə ayırır - Foto
11-01-2017, 16:16
İşıq qəbzi azərbaycanlı məşhuru ŞOKA SALDI - FOTO
29-03-2015, 17:03
"ASAN" xidmətə getdi, eləoradaca həbs olundu
20-05-2019, 12:50
"Ərimə yazan qızı salaram ayağımın altına" – Zenfira İbrahimova
10-02-2020, 17:53
İdmançı efirdə 47 yaşlı qadına elçi düşdü - VİDEO
26-08-2020, 12:42
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
25-12-2017, 15:43
Ermənistana məxsus PUA məhv edilib - FOTO
23-12-2015, 16:00
Müslümovun Mingəçevirdəki nümayəndəsi haqqında - RÜŞVƏT İDDİASI