Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elmar Məmmədyarov Şərqi Azərbaycan vilayətinin valisini qəbul etdi
Tarix: 20-10-2015 | Saat: 20:23
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Elmar Məmmədyarov Şərqi Azərbaycan vilayətinin valisini qəbul etdi
XİN məlumat yaydı.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XIN-dən verilən məlumatına görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə İran İslam Respublikası arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında tarixi, mədəni və dini bağlantıların olduğunu qeyd edibş

Vali İsmayıl Cabbarzadə Azərbaycanda səfərdə olmasından məmnunluq ifadə edərək, dövlətlərimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafeyinə uyğun olduğunu bildirib. O, rəhbərlik etdiyi Şərqi Azərbaycan vilayəti haqqında ətraflı məlumat verib və turizm, səhiyyə, elm, mədəniyyət və tibb ixtisası üzrə tələbə mübadiləsi kimi sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün hökumətlərarası birgə əməkdaşlıq komissiyası və onun çərçivəsində müştərək biznes forumlarının təşkil edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Xəbəri paylaş

5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___