İlham Əliyev: Azərbaycan terrorizmlə mübarizə üçün səylərini əsirgəməyəcək
Tarix: 17-10-2015 | Saat: 02:12
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər
“Bizə təhlükəsizlik lazımdır”.
MDB ölkələri arasında əmtəə dövriyyəsi azalıb. Dünyada baş verən müəyyən proseslər nəzərə alınsa, burada, əlbəttə, obyektiv amil var.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Borovoyda şəhərində MDB dövlət başçılarının Şurasının yığıncağında bəyan edib.
“MDB üzvü olan ölkələrin çoxunun milli valyutaları öz dəyərini itirib. Biz hesablaşmaları dollar ilə apardığımıza görə bu, təbii ki, statistikada dərhal mənfi işarə ilə öz əksini tapır. Buna görə mən də Vladimir Vladimiroviç Putinin hesablaşmaları milli valyutalarla aparmağa keçid məsələsinin araşdırılması ideyasına qoşulmaq istərdim. Bu, bizim fəaliyyətimizlə bağlı olmayan müəyyən maliyyə risklərindən yaxa qurtarmağa, həmçinin milli valyutalarımızı möhkəmlətməyə imkan verər, iqtisadi inteqrasiya işinə daha çox kömək edərdi. İqtisadi sahədə əməkdaşlığın yeni formalarının, həmçinin xüsusən zəngin təbii ehtiyatlara malik olan ölkələrdə yeni iqtisadi modelin möhkəmlənməsinin yeni formalarının axtarışı, əlbəttə, dövlətlərimizin gündəliyindədir. Düşünürəm ki, burada meydana çıxan riskləri minimuma endirmək üçün daha fəal məsləhətləşmələr, fikir və təcrübə mübadiləsi aparmaq olar.
Həmçinin deməliyəm ki, MDB ölkələri, – mən təbii ehtiyatlara, neftə, qaza malik olan ölkələri nəzərdə tuturam, – neft və qaz hasil edən çoxsaylı ölkələr arasında bu böhrana müqavimət baxımından ən yaxşı göstəricilərə malikdirlər. Azərbaycan nəqliyyat təhlükəsizliyi məsələlərində fəal iştirak edir. Biz, həmçinin bütün MDB ölkələrini irəli sürdüyümüz təşəbbüslərə, o cümlədən Birliyin üzvü olan bəzi ölkələrlə müştərək təşəbbüslərə qoşulmağa dəvət edirik. Bu ilin avqust ayında Qazaxıstandan keçməklə Çindən Azərbaycana gələn ilk konteyner qatarı qəbul edilib. Bu, Şərq-Qərb dəhlizinin yeni cizgilər kəsb etməyə başladığını göstərən yaxşı əlamətdir. Bu dəhlizin böyük geosiyasi əhəmiyyəti var və o, əlbəttə, həmin yol üzərində, habelə bu nəqliyyat marşrutunun yaxınlığında yerləşən ölkələrin daha sıx inteqrasiyasına imkan verəcək.
Biz “Şimal-Cənub” dəhlizinin layihəsi üzərində, ilk növbədə Rusiya Federasiyası və İranla fəal işləyirik. Artıq ciddi razılaşmalar əldə olunub, bizim dəmir yolu magistrallarının birləşdirilməsi prosesinin sürətləndirilməsinə dair konkret qərarlar qəbul edilib. Bu layihə böyük maliyyə gəlirləri vəd edir. Bu magistral Çinin, Hindistanın, İranın, Azərbaycanın, Rusiyanın və Avropanın nəhəng bazarlarını birləşdirən ən rahat və ən qısa yoldur. Həmçinin sizə bu barədə məlumat vermək və tərəfdaş ölkələrimizi bu layihəyə qoşulmağa dəvət etmək istərdim. Bu, müxtəlif formada ola bilər – iştirak, sərmayə qoyuluşu, yüklərin təminatı ilə bağlı məsələlər. Düşünürəm ki, biz bu istiqamətdə birlikdə işləyə bilərik. Əgər sərmayələrlə bağlı istək olarsa biz bunu yalnız alqışlayacağıq. Əgər belə arzu yoxdursa, bu magistralın yaxın iki il ərzində tam işə düşməsi üçün mümkün yeni yüklərin səfərbər edilməsi sahəsində birgə işləyə bilərik.
Əlbəttə, haqqında danışmaq istədiyim üçüncü mövzu regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi məsələsidir. Bu gün artıq çıxışlarda bununla əlaqədar narahatlıqlar səsləndi. Biz hamımız bunu yaxşı görürük, müşahidə edirik. Terrorizmə qarşı mübarizədə bütün dünya birliyinin çoxplanlı əməkdaşlığı olmadan dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz. MDB ölkələri, hər halda bu ölkələrin əksəriyyəti beynəlxalq terrorizmin nə demək olduğunu öz üzərlərində hiss ediblər. Bu təhlükə bu gün region ölkələri üçün bilavasitə risklərin və bizim hamımız üçün potensial risklərin mənbəyidir. Buna görə də bugünkü mərhələdə beynəlxalq terrorizmə qarşı mübarizə bütün ölkələr üçün prioritet olmalıdır və biz yalnız səylərimizi birləşdirməklə qarşıya qoyulmuş məqsədə çata bilərik. Əlbəttə, risklərin minimuma endirilməsi, habelə beynəlxalq terrorizmi doğuran səbəblərin üzə çıxarılması, aşkar edilməsi istiqamətində çox işləmək lazımdır. Əlbəttə, bunun çox böyük kənar səbəbləri var, terroryönümlü müəyyən qruplar, qruplaşmalar maliyyələşdirilir. Amma, həmçinin daxili səbəblər də mövcuddur. Daxili səbəb isə yoxsulluq, savadsızlıq, gerilik, radikalizm, fundamentalizm, sosial ədalətsizlikdir. Əgər bu və ya digər ölkədə bu obyektiv səbəblər yoxdursa, orada xaricdən göstərilən bütün səylərə baxmayaraq terrorizmin yetişməsi üçün zəmin yaratmaq çox çətin olacaq. Buna görə də sosial-iqtisadi xarakterli məsələlərin, təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə məsələlərinin həlli üzərində səylərin birləşdirilməsi – bütün bunlar bu gün ölkələrimizin əsas gündəliyini təşkil edir. Biz region ölkələri ilə sülh və həmrəylik şəraitində yaşamaq, inkişaf etmək, uşaqların savadlı, təhsilli, sağlam böyüməsini istəyirik. Bunun üçün bizə təhlükəsizlik lazımdır. Buna görə də Azərbaycan öz tərəfindən beynəlxalq terrorizmlə mübarizə üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək.
Düşünürəm ki, burada səslənən tezislər, dövlət başçılarının çıxışları bizim bu məsələyə yenidən və daha praktiki nöqteyi-nəzərdən baxmağımız, gələcəkdə ölkələrimizin təhlükəsizliyi ilə bağlı daha nə etməyin lazım olduğunu müəyyənləşdirməyimiz üçün yaxşı bazadır”, - сказал глава государства.oxu.az
Xəbəri paylaş
6728 dəfə oxunub.
Digər xəbərlər

25-09-2016, 23:48
Qayınata kürəkənini bıçaqladı - Tovuzda
11-08-2015, 15:39
Bakıda kişi qadını intihardan xilas etdi – VİDEO + FOTO
12-05-2023, 14:11
Ən təhlükəli məişət əşyaları. Onlardan hər gün istifadə edirik!
17-03-2022, 12:55
Kiyevdə vurulan Rusiya raketi yaşayış binasına düşdü: Dağıntılar altında qalanlar var - VİDEO
20-04-2023, 10:22
DİQQƏT! May ayında 7 gün ardıcıl dərs olmayacaq - TƏQVİM
22-05-2018, 11:02
Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtı
28-01-2017, 21:40
Saxta yağlar ölkəni bürüyüb: Kərə yağını necə tanımalı? - VİDEO
24-01-2020, 13:35
Polis uşaq oğurluğunda ittiham olunan qadını tapdı - FOTOLAR
3-02-2017, 11:39
Pakistan erməni işğalı ilə bağlı qərar qəbul etdi
30-08-2016, 00:58
Astroloji proqnoz - 30 avqust