Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Abid Şərifovla Cavid Qurbanovu Tiflisə niyə göndərdi...
Tarix: 15-10-2015 | Saat: 17:24
Bölmə:M / Karusel / Siyasət / Müsahibə | çapa göndər

İlham Əliyev Abid Şərifovla Cavid Qurbanovu Tiflisə niyə göndərdi...

Gürcüstan baş naziri İrakli Qaribaşvilinin ötən şənbə günü Bakıya gözlənilməz səfərinin ardınca bu dəfə Azərbaycan baş nazirinin müavini Abid Şərifov və “Azərbaycan Dövlət Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov Tiflisə gediblər

Azərbaycan baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Tiflisə səfəri barədə AzərTAC-ın Gürcüstan müxbirinin yaydığı qısa məlumatda deyilir.

Həmin məlumata əsasən bu gün Gürcüstanda səfərdə ilan Abid Şərifov və Cavid Qurbanov Tiflisdə rəsmi şəxslərin müşaiyəti ilə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Azərbaycan nümayəndə heyətinin dgörüşləri barədə hələlik məlumat yoxdur.

Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli rəsmi təmaslar Tiflisin Rusiyanın “Qazprom” şirkəti ilə xəlvəti danışıqlara başlaması barədə xəbərlərin ardınca başlamışdı. Gürcüstanın energetika naziri Kaxa Kaladze “Qazprom”la ölkənin energetika bazarının diversifikasiyasına nail olmaq üçün danışıqların getdiyini açıqlayıb. Habelə İrandan qaz alınmasına dair danışıqlar aparıldığını bildirib.

Bütün bunlar isə Gürcüstanın energetika bazarına nəzarət edən Azərbaycan üçün narahatlıq doğurmaya bilməzdi. Və baş nazir İrakli Qaribaşvili Bakıya qəfil səfərinin ardınca narahatlığa əsas olmadığını və Azərbaycan qazını əvəz etmək üçün danışıqların getmədiyini deyib.

Habelə məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyev noyabrın əvvəllərində Gürcüstana səfər edəcək. Gürcüstanla Azərbaycan arasında müzakirələrin ikinci əsas mövzusu isə Bakı-Tiflis-Qars dəmir yol layihəsinin ləngiməsi ola bilər.

Bu günlərdə Cavid Qurbanov bildirib ki, dəmir yolunun istifadəyə verilməsi 2017-ci ildə baş tutacaq. Hərçənd ki, bundan əvvəl dəmir yolunun ən geci gələn il istifadəyə veriləcəyi deyilirdi. “Azərbaycan Dəmiryolları” ASC-in rəhbəri bu layihənin maliyyələşdirilməsində problemlər yarandığını da təsdiqləyib.


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___