Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziya Məmmədova görə mətbuatdan qaçmır-Əlağa Hüseynov
Tarix: 14-10-2015 | Saat: 20:05
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Ziya Məmmədova görə mətbuatdan qaçmır-Əlağa Hüseynov
Əlağa Hüseynov qudasından danışdı: “Səhhətində problem var“


“Ziya Məmmədovdan öncə respublikanın hərbi komissarı olmuşam. Hələ o zamanlar Ziya Məmmədov nazir deyildi”

59 saylı Salyan Seçki Dairəsindən deputatlığa namizəd, general Əliağa Hüseynov yenidən deputat seçilməsinin seçilərindən asılı olduğunu deyib.

O, modern.az saytına açıqlamasında bildirib ki, hər zaman xalqın içində olan adamdır.

“Xalqa xidmət etmişəm. Həmişə bir deputat kimi onların rifahı üçün çalışmışam. Nə işə gücüm çatıbsa, yerinə yetirməyə səy göstərmişəm. Xalqım üçün lazım olan ünvalara müraciət etmişəm. Mənə elə gəlir ki, keçmiş hərbi komissar kimi bu dəfəki seçkilərdə də mənə hörmət edirlər. Əslində, bütün deputatlara hörmət edilməlidir. O cümlədən də mənə”.

Əliağa Hüseynov Salyan rayonunun 2001-2004-cü illərdə icra başçısı olmuş Yusif Ələkbərovun deputatlığa namizədliyini geri götürməsindən də danışıb.

“Yusif Ələkbərov gördü ki, yenidən deputatlığa namizədliyimi vermişəm, o da dərhal geri çəkilməyə məcbur oldu. Əslində, mənə görə deputatlığa namizədliyini 15-16 nəfər geri götürüb. Biləndə ki, seçkilərə gedirəm, onlar da belə addım atdılar. Çox sağ olsunlar. Gördülər ki, ağsaqqal adamam, buna diqqət edərək mənə şans verdilər”.

Deputat qudası olduğu nəqliyyat naziri Ziya Məmmədovla bağlı yayılan informasiyalara da münasibət bildirib. Əliağa Hüseynovun sözlərinə görə o, Ziya Məmmədova görə mətbuatdan qaçmır:

“Ziya Məmmədov xalq düşmənidir ki, mən mətbuatdan məhz ona görə qaçım?! O, bir qurumun naziridir. Bu gün də nazirdir. Hal-hazırda səhhəti ilə əlaqədar məzuniyyətdədir. Hər bir insanın həm işləmək, həm də istirahət etmək hüququ var. Bu, məsələnin bir tərəfi. İkincisi isə Ziya Məmmədovdan öncə respublikanın hərbi komissarı olmuşam. Hələ o zamanlar Ziya Məmmədov nazir deyildi. 1998-2009-cu illərdə respublikanın hərbi komissarı işləmişəm. Ziya Məmmədova nə olub ki, mən mətbuatdan qaçım?! Təbii ki, hər bir məsul şəxsin işində nöqsan aşkarlanarsa, bununla bağlı dövlət başçısı tədbir görə bilər. Kimin işində nöqsan olsa, cənab prezident qərarı özü verəcək. Belə işləri deputat etmir. Heç bir naziri də deputat seçmir. Xalq deputatı seçir. Biz hər zaman xalqın önündəyik”.

Maraqlıdır ki, Ziya Məmmədovun “səhhətinə görə” xaricdə olduğu versiyasını ilk dəfədir Əlağa Hüseynov dilə gətirir. Nazirin məzuniyyətdə olduğu haqda açıqlama olsa da, onun səhhətində problem olduğu haqda heçnə deyilməmişdi.

Maraqlıdır, belə həssas məqamda hörmətli nazirimizin səhhətindən nə şikayəti var?…


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
16-02-2020, 18:17 Şamaxıda zəlzələ oldu
14-03-2020, 23:06 "Gold Palace"da yanğın

bütün xəbərlər
____ Instagram ___