Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?
Tarix: 10-10-2015 | Saat: 13:19
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?

ABŞ Rusiyanın Suriyaya müdaxiləsinin ilk “meyvə”sini dərməyə başlayıb – Ankara seçimini dəyişir; məmnun qalan həm də türk-rus əlaqələrinin inkişafını istəməyən işğalçı Ermənistandır...

Rusiyanın sentyabrın 30-da başlayan və müstəsna olaraq Qərbə, regiona ölkələrinə (Türkiyəyə) güc nümayişi məqsədi güdən Suriya əməliyyatları yavaş-yavaş ilkin nəticələrini verir. Daha doğrusu, Kremlin öz qarşısına qoyduğu məqsədlərdən nə də dərəcədə uzaq olduğunu təsdiqləyir.

Hər halda əməliyyatlardan keçən 10 gün ərzində nə İŞİD-in geri çəkilməsi, nə də Bəşər Əsədə sadiq qüvvələrinin hansısa uğurlu əməliyyat keçirməsi müşahidə olunmayıb. Əvəzində Rusiya özünə yeni düşmənlər qazanmaqda, özünü İŞİD-in hədəfinə gətirməkdə, üstəgəl, Suriya əməliyyatlarınadək normal münasibətlərdə olduğu Türkiyəni də itirməkdədir.

Bu xüsusda Pentaqon başçısı (ABŞ müdafiə naziri) Eşton Karterin xəbərdarlığı diqqət çəkir. Hərbi nazir bildirib ki, Rusiya Suriyaya görə tezliklə, həm də öz ərazisində itkilər verməyə başlayacaq, İŞİD-in terror hücumlarına məruz qalacaq.

Amerika kəşfiyyatı isə müəyyən edib ki, Rusiyanın Xəzərdəki “Dağıstan” gəmisindən iki gün öncə Suriya istiqamətinə atdığı, regionda şok effekti yaradan raketləri heç də hədəflərə çatmayıb və İran ərazisinə düşüb.

Yəni Kreml Bəşər Əsədə rejiminə hərbi dəstək qərarı verməklə faktiki surətdə həm fiaskoya tuş gəlməkdə, həm də düşmən-rəqiblərinin sayını artırmaqdadır.

***
Belə qənaət hasil olur ki, Moskvanın Suriyada Qərb tərəfindən məqsədli şəkildə tələyə salındığını düşünənlər haqlıdırlar. Əks halda Rusiya heç nəyin qarşılığında Türkiyə kimi mühüm bir tərəfdaşı itirmək təhlükəsi ilə üzləşməzdi.

Bəllidir ki, rus təyyarələri tərəfindən hava məkanı iki dəfə pozulan qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ədroğan Rusiya qazından, “Türk axını” qaz kəməri layihəsindən və hətta 10 milyardlarla dollarlıq AES tikintisi haqda əldə edilmiş anlaşmadan imtina edəcəyini və Putinlə görüşə daha ehtiyac duymadığını bəyan edib - baxmayaraq ki, Moskva gec də olsa bildirib ki, “Rusiya Türkiyə sərhədlərini də qoruyacaq”.

Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?


Ancaq Ərdoğanın sərt açıqlaması təkcə hava məkanının pozulması ilə əlaqədar deyil. İş ondadır ki, ruslar Suriyada “Türkiyə düşməni” Bəşər Əsədin xilasına çalışmaqla yanaşı, altdan-altdan kürdləri, Türkiyənin ərazi bütövlüyünə qarşı olan PKK-çıları da gücləndirməyə, onlarla ittifaqa girməyə çalışır, eyni zamanda həmsərhəd bölgədə - Xəzərdə güc nümayişinə başlayıb. Başqa sözlə, Kreml Türkiyəyə bilavasitə əlavə təhdid yaratmaqda bahəm, onun həyati maraqlar zonasına daxil olub.

Bəzi təhlilçilərə görə isə, Ərdoğanın Rusiya ilə bağlı son kəskin ritorikası 1 noyabra təyin olunmuş erkən parlament seçkiləri ilə bağlıdır. Yəni o, vətənpərvər kəsimə oynamaqla AKP-nin reytinqini, siyasi xallarını artırmaq niyyəti güdür.

Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?


Yeri gəlmişkən, Türkiyə ordusunun PKK-ya və PKK-yanlılara qarşı Suriya, İraq və öz ərazisində hərbi kampaniyaya başlaması da eyni motivlə izah edilir və iddia olunur ki, növbəti seçkilərdə məqbul nəticədən sonra Ərdoğanın ritorikası hər iki məsələdə yumşala bilər.

***
Bütün hallarda bir şeyi əminliklə söyləmək olar ki, Kreml-Moskva münasibətləri əvvəlki vəziyyətə qayıtmayacaq, əvvəlki tək hamar olmayacaq. Və ya onları ənənəvi axarına salmaq üçün Moskva xeyli çaba göstərməli, hansısa güzəştlərə getməli olacaq. Hansı güzəştlərə? Zaman göstərəcək.

Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?


İndilikdə isə belə bir qənaətin altımı cızmaq mümkündür ki, Rusiyanın Suriya avantürası Türkiyəni uzun müddətdir küskün olduğu Qərbin yanına qaytarmaqdadır. Təsadüfi deyil ki, Ərdoğan bir neçə gün öncə etdiyi Avropa səfəri zamanı bəyan elədi ki, “Avropa Birliyinin gələcəyini Türkiyəsiz təsəvvür eləmir”. Halbuki AKP iqtidarı bu məsələni “sandığa” atmışdı.
Proseslərdən məmnun qalacaq tərəflərdən biri də sübhə yox ki, heç vaxt Ankara-Moskva yaxınlaşmasında maraqlı olmayan işğalçı Ermənistandır. İrəvan həmişə ehtiyat edib ki, Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsi Azərbaycan-Rusiya əlaqələrinə də pozitiv təsir göstərə və nəticə etibarilə Dağlıq Qarabağ məsələsi Ermənistanın iradəsindən kənarda həllinə gətirə bilər. Hərçənd, prezident Vladimir Putin aprelin 24-də İrəvana səfər eləməklə bunun belə olmadığın anonsunu vermişdi.

Ardınca, Ankara-Moskva münasibətlərinin “bahar çağı”nda Kreml Qarabağ ixtilafının həllində ciddi irəliləyiş üçün faktiki surətdə heç bir konstruktiv addım atmadı ki, bu da Ermənistanı məmnun etməyə bilməz. Artıq ab-hava bambaşqadır...
Türkiyə Azərbaycanla birlikdə Qərbin yanına qayıdır?



***
Türkiyənin öz üzünü Qərbə, ABŞ-a çevirməyə başlaması isə sövq-təbii Azərbaycanın da xarici siyasət vektoruna təsir eləmiş olacaq. Çünki iki qardaş ölkənin xarici siyasət maraqları xeyli dərəcədə üst-üstə düşür. Belə demək mümkündürsə, Türkiyə Qərbin yanına Azərbaycanla birgə qayıdır.

Qalır bölgə ilə bağlı baş verən son geosiyasi dəyişikliklərin gələn ay Antalyada keçiriləcək “Böyük iyirmilər”in (GM) sammitinə necə proyeksiya olacağı.(musavat.com)


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
8-03-2022, 15:01 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___