150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin ayrıldığı sevgilisinə “elə bir şey edəcəm ki, adımı hər kəs duyacaq” dediyi məlum olub.
Tarix: 28-03-2015 | Saat: 17:16
Bölmə:M / Karusel / Dünya / Maraqlı | çapa göndər
“Nə demək istədiyini indi anladım”.
Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus təyyarəni Fransada qəzaya uğradan və 150 nəfərin ölümünə səbəb olan ikinci pilot Andreas Lubitzin ayrıldığı sevgilisinə “elə bir şey edəcəm ki, adımı hər kəs duyacaq” dediyi məlum olub.
Xeberaz.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, aparılan araşdırmalardan məlum olub ki, A.Lubitz uçuşdan bir neçə gün əvvəl həddən artıq dərəcədə pul xərcləyib. Məlum olub ki, ikinci pilot qəzanın baş verməsindən bir neçə həftə əvvəl iki bahalı idman avtomobili alıb. Alman mətbuatında yer alan xəbərlərə görə, lüks idman avtomobillərinin ikisi də “Audi” markalı olub. Almaniyanın Focus jurnalı isə avtomobillərin Düsseldorf şəhərinin yaxınlığındakı avtosalondan satın alındığını bildirir. Avtosalondakı maşınların qiymətləri 50 min avrodan başlayır.
Digər tərəfdən, A.Lubitzin sevgilisi olduğu bildirilən və Maria ləqəbi ilə qəzetlərə müsahibə verən qadın ikinci pilotun ona “bir gün elə bir şey edəcəm ki, bütün sistem dəyişəcək. O zaman hər kəs mənim adımı öyrənəcək və məni xatırlayacaq” dediyini açıqlayıb.
A.Lubitzin sözlərinə o zaman bir məna verə bilmədiyini ifadə edən Maria “O, baş verənləri insanlardan saxlamağı çox yaxşı bilirdi. Nə demək istədiyini indi anladım”, - deyə vurğulayıb.
Həmçinin aparılan araşdırmalar nəticəsində A.Lubitzin martın 10-da Düsseldorf xəstəxanasında psixoloji müalicə aldığı, ancaq bu barədə “Germanwings” aviaşirkətinə məlumat vermədiyi ortaya çıxıb.
Qeyd edək ki, “Lufthansa”nın törəmə şirkəti olan “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi martın 24-də Alp dağlarının ucqar hissəsində qəzaya uğrayıb və nəticədə 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya, Böyük Britaniya, Niderland, Kolumbiya, Meksika, Danimarka, Belçika, İsrail, Avstraliya, Venesuela və ABŞ vətəndaşları olub.
Xəbəri paylaş
7258 dəfə oxunub.
Digər xəbərlər

18-03-2019, 16:22
"Ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır" - Siyavuş Novruzov
15-08-2023, 15:48
"İnsanlar şeirlərimə acdır" - Elza Seyidcahan: "Sevişin ki, çoxalasınız"
9-07-2016, 00:42
Şəkəri salan, xərçəngdən qoruyan meyvə
2-06-2021, 10:54
Ölkədaxili uçuşlar üçün COVID-19 testi tələb olunacaq? - YENİ QƏRAR
5-07-2015, 20:13
Rus şəhərinə gözlənilməz qar yağdı (VİDEO)
11-09-2021, 15:59
İNK-dan Həmid Cəfərova təltif
17-03-2017, 17:17
Xırdalandakı 5 qadının öldüyü faciənin YENİ TƏFƏRRÜATI
3-02-2018, 13:55
Bakıda yaşayış binasında yanğın baş verib, iki polis və üç azyaşlı qohum zəhərlənib
1-06-2022, 13:11
Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək
23-12-2022, 12:10
Sabahdan bulvarda Yeni illə bağlı əyləncəli-musiqili proqramlar başlayır