Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İraqlılar “Hacı Putin” haqqında yeni əfsanə uydurdular
Tarix: 09-10-2015 | Saat: 20:05
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər

İraqlılar “Hacı Putin” haqqında yeni əfsanə uydurdular
“Abu Tin oğluna Abdulamir adını verib”.

Rusiyanın İŞİD-ə qarşı mübarizəyə başlaması bu ölkənin başçısı Vladimir Putini yerli müsəlmanlar arasında ulduza çevirib.

Xəbəraz.az Oxu.Az xəbər verir ki, məlumata əsasən hal-hazırda şiələr arasında Putin ayətullah Sistanidən məşhurdur.

Yerli mətbuatın məlumatına görə, indi küçələrdə, bazarlarda, İraqın bütün çayxanalarında yalnız Yaxın Şərqi İŞİD-dən qurtaran Putin haqqında danışırlar.

İraqda hətta Rusiya prezidenti üçün yeni bir tərcümeyi-hal da düşünüblər:

“Putinin atası İraqın cənubunda Nasiriyə şəhərində yaşayarkən tin (əncir) ticarəti edib, xalq arasında ona Abu Tin adı verilib. İkinci Dünya Müharibəsində o, Rusiyaya yola düşüb, orada gözəl rus qızı ilə tanış olub.

Daha sonra onların oğlu dünyaya gəlib, Abu Tin oğluna Abdulamir adını verib, ruslar isə oğlanın bu ərəb adını heç cür tələffüz edə bilməyiblər, ona görə də onu özlərinə məxsus Vladimir çağırmağa başlayıblar.

Böyüyəndə isə o Vladimir Abu Tin, Putin olur. İndi isə o, öz əcdadlarının vətəninə özününküləri İŞİD-dən xilas etmək üçün gəlir”, - deyə, əhali arasında belə bir rəvayət dolaşır.


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___