Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı
Tarix: 28-03-2015 | Saat: 16:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ermənistan mətbuatı Qurban Qurbanovdan yazdı
Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar.

Ermənistan mətbuatı “Qarabağ” klubunun baş məşqçisindən yazıb.

Xeberaz.az- ın ANS PRESS-ə istinadən məlumatına görə, Qurban Qurbanovun albaniyalı tələbələrinə Ermənistan qarşısında qələbə qazanacaqları təqdirdə mükafat vəd etməsi Ermənistan mətbuatının diqqətindən qaçmayıb.

Əksər erməni saytları baş məşqçinin sözlərini manşetə çıxarıblar. Ermənilər Ansi Aqolinin Ermənistanla matçı ilə bağlı açıqlamarına da yer veriblər.

“Mən Azərbaycanda oynayıram. Bu matç azərbaycanlıların diqqət mərkəzində olacaq. Çünki iki ölkə arasında gərgin münasibətlər var. Buna görə əminəm ki, azərbaycanlılar bizi və Albaniya yığmasını dəstəkləyəcək”, - deyə Ansi Aqoli söyləyib.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə gün öncə Azərbaycan mətbuatına maraqlı açıqlama verib. Baş məşqçi bildirib ki, martın 29-da keçiriləcək oyunda Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi və Telliyə mükafat verəcək.


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 11:39 ESL FANATLAR (FOTO VİDEO)

bütün xəbərlər
____ Instagram ___