Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran Həcdə ölənləri - Tehranda rəsmi mərasimlə qarşılanıb
Tarix: 04-10-2015 | Saat: 12:24
Bölmə:M / Karusel / Dünya | çapa göndər

İran Həcdə ölənləri -  Tehranda rəsmi mərasimlə qarşılanıb

Həcc faciəsində ölən iranlı zəvvarlardan 104-nün nəşi ölkəsinə göndərilib

İran rəsmiləri bəyan edir ki, Məkkədə həyatını itirən İran vətəndaşlarının sayı 464-dür və Səudiyyə Ərəbistanı ölənlərlə bağlı həqiqi rəqəmi açıqlamır.

Tehran həmçinin Səudiyyəni zəvvarların təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edir.
Səudiyyə hökuməti isə ölənlərin ümumi sayının 769 olduğunu bəyan edir. Və İranı insan faciəsindən siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırır.

Ölkənin xarici işlər naziri Adel Cubeyr Tehranı iş üzrə aparılan istintaqın nəticələrini gözləməyə çağırıb.

Qarşılama mərasimində çıxış edən İran prezidenti Həsən Ruhani Səudiyyə hökumətinə hədə tonlu ultimatum göndərib: «Zəvvarların ölümü hamı üçün böyük sınaq oldu. Bu insidentin gedişində biz dostluq, qardaşlıq və diplomatiya dili ilə danışırdıq. Amma lazım gəlsə, güc dilindən istifadə edəcəyik».

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu günə qədər ölənlərlə bağlı detallı məlumat yaymayıb.

BBC hesab edir ki, məlum faciədə dünyanın 34 ölkəsindən 1216 nəfər həyatını itirib.


Xəbəri paylaş

5908 dəfə oxunub.

Digər xəbərlər
1-12-2015, 22:49 Nardaran bu gün - FOTO

bütün xəbərlər
____ Instagram ___