Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Azərbaycanda banklar xərclərini azaldır
Tarix: 4-10-2015, 11:40 | Saat: 15:47:00
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda banklar xərclərini azaldır

Azərbaycan Banklar Assosiasiyası (ABS) bankların xərclərini azaltmaq məqsədilə mərkəzləşdirilmiş strukturlar yaratmağı təklif edib

Bunu Trend-ə ABS-nin rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu strukturların yaradılması məsələsi assosiasiya yanında formalaşdırılacaq işçi qrupları çərçivəsində müzakirə olunacaq.
Bu barədə qərar ABS İdarə Heyətinin növbəti iclasında qəbul edilib. Z.Nuriyev qeyd edib ki, əsas məqsəd bir bankın kartının digər bankların bankomatlarında istifadəsi zamanı komissiya xərclərinin azaldılmasıdır: “Hazırda bir bankın kartı digərlərinin bankomatlarında istifadə edilərkən komissiya xərci 1,5 faiz təşkil edir. Kart sahiblərinin istənilən bankın bankomatlarından rahat istifadə edə bilmələri üçün komissiya xərclərini azaltmaq istəyirik”.

O, əmin olduğunu bildirib ki, banklarla danışıqların yekunu üzrə komissiya həcminin azaldılması barədə razılaşma əldə ediləcək: “İlk növbədə, bankların qurğuların alınması və bankomatlara xidmət göstərilməsi üzrə xərclərini nəzərə alaraq, onlar üçün məqbul stavkanı hesablamaq lazımdır. Xeyli sayda bankomatları olan bankın xərcləri də çoxdur. Buna görə də bank xərclərini ödəmək üçün tariflərini optimallaşdırır”.

Z.Nuriyev əlavə edib ki, ABS bir regionda yerləşən bankların müxtəlif filiallarına valyuta vəsaitlərinin mərkəzləşdirilmiş tədarükü üçün xüsusi struktur yaratmağı təklif edib: “Bu, banklara inkassasiya xərclərini azaltmağa kömək edəcək”.

2818 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___