Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tərtərdə Müəllimlər günü qeyd olunub
Tarix: 03-10-2015 | Saat: 20:50
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

Tərtərdə Müəllimlər günü qeyd olunub

5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibəti ilə “Asiman” şadlıq sarayında rayonun təhsil işçilərinin bayram toplantısı keçirilib

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətlərdən danışdı. Bildirdi ki, təhsil işçilərinin bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd etməyə haqları var. Bu il rayonumuzdan 181 nəfər ali, 60 nəfər isə orta-ixtisas məktəblərinə, 5 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 6 nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Rayonumuzda sayılıb-seçilən, adlı-sanlı müəllimlərimizdə çoxdur. Onlardan 5 nəfər “Əməkdar müəllim” adına, 4 nəfər “Tərəqqi” medalına, 4 nəfər “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülüb.

Bayram günündə isə daha bir müəllimimiz Soyulan kənd tam orta məktəbinin müəllimi Afaq Xəlilova “Əməkdar müəllim” adına layiq görülüb.

Afaq müəlliməni və onun şəxsində bütün təhsil işçilərini təbrik edən rayon rəhbəri bir qrup müəllimə rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar təqdim edib.

Tədbir rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etmiş, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, “Əməkdar müəllim” adına layiq görülmüş Afaq Xəlilova, rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi-yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Tunarə Məmmədzadə, təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov da ürək sözlərini bildirərək, təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Tərtərdə Müəllimlər günü qeyd olunub
Tərtərdə Müəllimlər günü qeyd olunub


Xəbəri paylaş

8628 dəfə oxunub.

Digər xəbərlər
11-07-2018, 19:58 İrəvan işıqsız qalıb

bütün xəbərlər
____ Instagram ___