Tənzilə Rüstəmxanlının namizədliyi qeydə alınmadı - Yenilənib
Tarix: 02-10-2015 | Saat: 21:18
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alınmayıb.
Xəbəraza.az xəbər verir ki. bu barədə AzVision.az-a T.Rüstəmxanlı özü məlumat verib.
Bildirib ki, namizədliyinin qeydə alınmamasına görə Mərkəzi Seçki Komissiyasına şikayət edəcək.
Qeyd edək ki, Tənzilə Rüstəmхanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairəsində namizədliyini irəli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin hazırkı deputatı Musa Qasımlıdır.
M.Qasımlı builki seçkilərdə dairəsini dəyişərək Sabir Rüstəmxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini verib .
Xatırladaq ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyası Mirkişili Tahir Famil oğlunun namizədliyini irəli sürüb.
***
"Azəri-Türk" Qadınlar Birliyinin sədri, deputat Sabiq Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlının deputatlığa namizədliyinin qeydə alınmamasının səbəbi məlum olub. Bu barədə Lent.az-a Tənzilə Rüstəmxanlı özü açıqlama verib.
T.Rüstəmxanlı iddia edib ki, Dairə Seçki Komissiyası heç bir əsas olmadan onun namizədliyini qeydə alınmaması ilə bağlı qərar çıxarıb: “Onlar da yaxşı bilir ki, heç bir rəqib mənimlə mübarizə apara bilməyəcək. Mənim bütün sənədlərim qaydasındadır. Hamı məni yaxşı tanıyır. Bilirlər ki, mən bu ölkədə tanınmış biriyəm. Haqqımı tapdalayıblar”.
Tənzilə Rüstəmxanlının sözlərinə görə, dairədən namizədliyinin qeydə alınmamasına səbəb kimi onun seçiciləri aldatmasını göstəriblər: “Guya ki, mən seçiciləri aldatmışam. İmza verən şəxslər bilməyib ki, kimə imza verirlər. Halbuki, bütün imzaların alınmasında şəxsən iştirak etmişəm. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət vermişəm. İnanıram ki, mənim tapdanmış haqqım bərpa olunacaq".
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

13-08-2019, 08:20
Bərdədə 300 ot bağlaması traktorun qoşqusunda yandı - Fotolar
10-03-2017, 12:17
5 tələbənin öldüyü dəhşətli qəzadan YENİ XƏBƏR - YARALILAR NECƏDİR?
25-09-2016, 17:28
Allaha karikatura çəkmiş yazıçı öldürüldü
1-01-2020, 18:53
Xamneyi Trampın təhdidlərinə cavab verdi
19-05-2020, 08:34
Həbibin atası koronavirusa yoluxdu
29-07-2015, 17:55
Bu 2 yeniyetmə qızın rəqsi internetdə bomba kimi partladı - VİDEO
30-09-2023, 17:51
Ən gözəl və yaraşıqlı bürclər – Digərlərindən fərqlənirlər
25-05-2020, 14:57
Sercio Mattarella İlham Əliyevi təbrik etdi
28-04-2016, 00:20
Davudoğlu: "Yolumuzdan dönməyəcəyik"