Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramzan Kadırov İŞİD-ə müharibə elan etdi
Tarix: 02-10-2015 | Saat: 15:39
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Ramzan Kadırov İŞİD-ə müharibə elan etdi
“Həyatımız boyu onlarla mübarizə aparacağıq”.

Çeçenistan rəhbəri Ramzan Kadırov Suriyaya “İslam dövləti” terror təşkilatı ilə mübarizə üçün Çeçenistandan hərbi bölükləri göndərməyi xahiş edib, RİA Novosti bildirib.

“Mən müsəlman, çeçen, Rusiya vətənpərvəri kimi bəyan edirəm ki, 1999-cu ildə ölkə bu şeytanlarla zəbt ediləndə Qurana and içdik ki, harda oluruqsa olaq, bütün ömrümüz boyu onlara qarşı mübarizə aparacağıq.

Mən sadəcə demirəm, xahiş edirəm ki, bizə ora getməyə və bu əməliyyatlarda iştirak etməyə izin versinlər”, - Rusiya xəbərlər xidməti Kadırovun sözlərindən sitat gətirib.

O, Çeçenistan hərbçilərinin yüksək hərbi hazırlığını vurğulayıb.

Kreml administrasiyasının rəhbəri Sergey İvanov daha öncə, Suriyada əməliyyatlarda sırf aviasiyanın iştirak edəcəyini bəyan etmişdi.

Bununla yanaşı, Suriyada Rusiya aviaqrupunun yerləşdiyi aviabazanın müdafiəsi üçün dəniz piyadaları qrupu cəlb edilib.


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___