Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sarkisyan Qarabağı Ermənistanın ərazisi elan etdi
Tarix: 26-09-2015 | Saat: 19:45
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Sarkisyan Qarabağı Ermənistanın ərazisi elan etdi

Erməni prezident bunu bəyanat verdi.

Ermənistan prezidenti Serj Sarkisyan işğal olunmuş Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi elan edib.

İşğalçı dövlətin başçısı bu barədə sentyabrın 26-da, qondarma "erməni soyqırımının 100 illiyinə həsr olunmuş" tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının iclasında bildirib.

"Ermənistan - mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir", - deyə, Ermənistan prezidenti bəyan edib.

Qeyd edək ki, bu bəyanatla Sarkisyan rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını etiraf etdi.

İndiyədək Ermənistanın rəsmi şəxsləri bildirirdilər ki, Dağlıq Qarabağ "regionun sakinlərinin iradəsi ilə Azərbaycandan ayrılıb və münaqişənin nizamlanması üzrə danışıqlarda müstəqil tərəf kimi çıxış etməlidir".


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___