Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin Suriyada ikinci Krım yaradır (FOTO)
Tarix: 25-09-2015 | Saat: 13:23
Bölmə:M / Karusel / Siyasət / Araşdırma | çapa göndər

Putin Suriyada ikinci Krım yaradır (FOTO)

Ekspert: "Rusiya ərəb dünyasının açarı olan Suriyanı itirsə, onun Yaxın Şərqlə əlaqəsi kəsiləcək"

ABŞ Prezidenti Barak Obama sentyabrın 28-də baş tutacaq BMT-nin Baş Assambleyasının 70-ci yubiley sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcək.

ANS PRESS-in məlumatına görə, onun iranlı həmkarı Həsən Ruhani ilə görüşü nəzərdə tutulmayıb. Bu ilin iyulunda İranla "Altılıq" dövlətləri (Böyük Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ) arasında nüvə sazişi əldə olunandan sonra ilk dəfə iki lider BMT Baş Assambleyasına qatılacaq. İki il əvvəl də həmin toplantıda Barak Obama ilə Həsən Ruhaninin görüşü gözlənilsə də, nəticədə bu, baş tutmamışdı.


Barak Obama - ABŞ prezidenti və Vladimir Putin - Rusiya prezidenti


Son vaxtlar Rusiyanın dünya siyasətində aktivləşməsi, münaqişə zonalarında tərəf kimi peyda olması dünyanın əsas gündəminə çevrilib. Təbii ki, rəsmi Moskvanın bu sahədə diplomatik gedişləri diqqət çəkir. Maraqlıdır ki, Kremlin bu addımlarına qarşı ABŞ-ın hələlik reaksiya verməməsi də müxtəlif fikirlərə yol açır.

Rusiyanın Suriya təşəbbüsləri İsrail və Türkiyəni narahat etsə də, Vladimir Putinin bu dövlətlərin liderləri ilə görüşü hansısa razılaşmanın əldə olunması xəbərini ortaya çıxarıb. Prezident Vladimir Putin İsrail Baş naziri Benjamin Netanyahu ilə sentyabrın 21-də Novo-Oqaryovo iqamətgahında görüşüb. Rusiya prezidenti Vladimir Putinlə Moskva görüşünün ardınca İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə bağlı razılaşma əldə edildiyini bildirib. Benyamin Netanyahu görüşdən sonra deyib ki, tərəflər Suriyadakı hərbi əməlliyyatlarını koordinasiya etmək barədə mühüm razılaşmaya nail olublar: "Mənim məqsədim gələcəkdə İsrail ordusu və Rusiya qoşun birləşmələri arasında mümkün anlaşılmazlıqların qarşısını almaq idi. Tərəflər Suriyada təsadüfi hərbi toqquşmadan yan keçmək məqsədilə koordinasiya mexanizmlərini müəyyənləşdiriblər."

Vladimir Putin - Rusiya prezidenti və Beyamin Netanyahu - İsrailin baş naziri


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında sentyabrın 23-də keçirilən görüşündə Suriya münaqişəsinin həlli barədə fikir ayrılıqları ortaya çıxıb. Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov bildirib: "Fikir ayrılıqlarına baxmayaraq, indiki məqamda hər iki ölkə başçısı Suriyadakı vəziyyətin normalaşmasına doğru adımlar atmağın vacibliyini vurğulayıblar. Prezidentlər arasında fikir ayrılığı başadüşüləndir. Çünki eyni regionda yerləşən iki dövlətin maraqları eyni olur. Hər iki ölkə regionda baş verən hadisələri özünün maraqlarına uyğun formada yönləndirmək istəyir. Putin Suriya münaqişəsinin həllini Bəşər Əsəd rejimin hakimiyyətdə qalmasında görürsə, Ərdoğan isə münaqişənin həllini yalnız hazırkı rejimin dəyişməsindən sonra mümkün olacağını iddia edir."


Rusiya, Türkiyə, Fələstin prezidentləri Moskvada Mərkəzi məscidin açılışında - 23.09-2015

Bir sıra təhlilçilər bu qənaətdirlər ki, İsrail və Türkiyə başçısının məhz bu arada Putinlə görüşməsi tamamilə məntiqi görünür. Çünki hazırda Suriya rejimi və İŞİD-ə qarşı mübarizə məsələsində son dərəcə həssas beynəlxalq vəziyyət yaranıb. Moskva konkret olaraq Bəşər Əsəd rejimini müdafiə etdiyini və Suriyaya silah verdiyini gizlətmir. Son məlumatlardan isə bəlli olur ki, Rusiya münaqişəyə birbaşa müdaxilə etmək niyyətini də gozlətmir, Suriya ordusuna hərbi təlim keçmək adı ilə bölgəyə yerləşib.Əslində isə Putinin əsas niyyəti Suriyada ikinci Krım yaratmaqdır.

Siyasi icmalçı Rüstəm Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, Suriya tarixən bir qayda olaraq Rusiyanın təsir dairəsində olan ölkə olub və indidə Bəşər Əsəd məhz Rusiyanın diktəsi ilə fəaliyyətini davam etdirir. Hətta Suriyanın mövcudluğu belə Rusiya ilə bağlıdır. Bu mənada nəzərə alsaq ki, Rusiya indi Suriyada möhkəmlənməyə çalışır buna təəccüblənmək lazım deyil. Əgər bacararsa, bunu sonadək edəcək. Yəni Suriyanın nəzarətdən çıxmasına Rusiya qoymayacaq. Çünki Suriya ərəb dünyasnın açarıdır. Bu gün Rusiya o açarı itirsə, onun ərəb dünyası ilə əlaqəsi tamamilə kəsiləcək.


Rüstəm Məmmədov - siyasi icmalçı

"Sanksiyalarla üz-üzə qalan Rusiyanın buna həm iqtisadi, həm hərbi gücü çatacaqmı" sualına isə ekspert belə cavab verib ki, - Rusiyanın hərbi gücü kifayət qədərdir və gücü çatacaq.

Siyasi təhlilçi Zərdüşt Əlizadə isə məsələyə fərqli yanaşır və Rusiyanın gələcəyinin olmadığı qənaətindədir: "Rusiya iqtidsadiiyatı dünya iqtisadiyyatının 1 faizini təşkil edir. Rusiya hərbi büdcəsi Amerikanın hərbi büdcəsindən 10 dəfə azdır və müqayisə edilməz dərəcədə zəifdir. Rusiyanın hakimiyyəti səmərəsiz bir quruluş yaradıb. Rusiyanın gələcəyi yoxdur. Odur ki, o hansısa qlobal miqyasda Amerika ilə rəqabət aparmağa qadir deyil.


Zərdüşt Əlizadə- siyasi təhlilçi

Rusiyanın Suriyaya qırıcı təyyarələr, ağır silahlar və canlı qüvvə göndərməsindən sonra mürəkkəbləşən vəziyyət Amerika və Rusiya hərbçilərini danışıqlara məcbur edib. ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında internsiv telefon söhbətlərindən sonra ABŞ Suriyaya dair strategiyaya yenidən baxılmasının mümkünlüyünə işarə edib. Rusiya Prezidenti Vladimir Putinin Nyu-Yorka səfəri zamanı Prezident Barak Obama ilə görüşdə həlledici qərarın qəbul ediləcəyi gözlənilir.


Rusiya Suriyaya ağır texnika gətirərkən

Bu arada Fransa, Böyük Britaniya və NATO Rusiyanın Suriyada hərbi iştirakından ciddi şəkildə narahatdır. Fransanın, Böyük Briyaniyanın müdafiə nazirləri Jan-İv Le Drian, Maykl Fallon və NATO-nun baş katibi Yens Stoltenberq bildiriblər ki, Rusiyanı Suriya prezidentinə dəstək verməkdə günahlandırıblar: "Əgər Rusiyanın əsas məqsədi Bəşər Əsədi müdafiə etməkdirsə, bunu açıqca deməlidir. Rusiyanın Suriyada hərbi iştirakının genişlənməsi onsuz da çətin olan vəziyyəti daha da pisləşdirəcək."


Bəşər Əsəd - Suriya prezidenti


Bir sözlə, İsrail Rusiyanın Bəşər Əsədi müdafiə üçün göndərdiyi silahlar "Hizbullah" təşklilatının əlinə keçəcəyindən narahatdır. Türkiyə Bəşər Əsədin hakimiyyətdən getməsini istəyir. İŞİD-ə qarşı mübarizə məsələsində Rusiya və ABŞ-ın maraqları üst-üstə düşsə də, Türkiyə və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərin mənafeləri Vaşinqtonu Bəşər Əsədə qarşı daha sərt mövqe tutmağa təhrik edir. Digər tərəfdən, Suriyada Rusiya ilə İranın maraqları üst-üstə düşür. Suriyada dörd ildir davam edən vətəndaş müharibəsində 250 minə yaxın adam ölüb.


Xəbəri paylaş

7378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___