Elmar Məmmədyarov BMT-də terrordan danışdı
Tarix: 25-09-2015 | Saat: 12:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində 24 sentyabr 2015-ci il tarixində BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb
Görüş zamanı Laborde Suriya və İraqa vuruşmaq üçün gedən çoxlu sayda xarici döyüşçülərin təhlükəsizlik üçün təhdid olduğunu qeyd etdi.
Azərbaycan Respublikasının terrorçuluqdan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan icraçı direktor, terrorçuluqla mübarizə sahəsində ölkəmizin gördüyü işləri yüksək qiymətləndirdi. Bu sahədə ölkəmizlə yaxın əməkdaşlığın vacibliyini bildirdi və bu məqsədlə, Azərbaycana səfər etmək niyyətini diqqətə çatdırdı.
Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və İcraedici Direktorluğun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirdi. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir, bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verdi. Əlavə olaraq, Elmar Məmmədyarov məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacib olduğunu vurğuladı. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan xarici döyüşçülərlə bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu bildirdi.
Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həlli üçün vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd etdi. (azərtac)
Xəbəri paylaş
5848 dəfə oxunub.
Digər xəbərlər

21-10-2020, 15:42
Tibb işçilərindən yaralı əsgərimizə sürpriz - VİDEO
24-08-2017, 10:29
"WhatsApp"da yenilik - İşimiz bir az da asanlaşdı - FOTO
6-02-2019, 10:31
Zəlzələ Şamaxıda ciddi fəsadlar yaradıb, dağıntılar var - Fotolar
14-07-2021, 12:55
Müdafiə Nazirliyi Naxçıvana düşmən hücumu XƏBƏRİNİ TƏSDİQLƏDİ - 1 ƏSGƏRİMİZ YARALANIB
13-06-2021, 10:14
Gəncədə qohumlar arasında dava olub, ölən var
26-10-2018, 13:49
Şəbnəm Tovuzlu: Qoy Familin arvadı pis olsun, mənim o boyda "həcim" var
27-07-2021, 12:24
Havalar rekord həddə istiləşəcək - XƏBƏRDARLIQ
6-07-2018, 10:22
Yayılan fotonun icra başçısını güllələyən şəxsə aid olduğu təsdiqləndi - “Polis güc tətbiq edib”
19-07-2019, 13:56
Alış-veriş edərkən kassa çeki tələb edin