Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şamil Basayev kimdir? - FOTOLAR + VİDEO
Tarix: 25-09-2015 | Saat: 00:38
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Məşhurların Taleyi | çapa göndər

Şamil Basayev kimdir? - FOTOLAR + VİDEO
İddialara görə Şamil, Şuşanın onun tərəfindən müdafiə olunması təklifini irəli sürüb
Bir çoxlarının xəritədə yerini belə göstərə bilmədiyi, 1 milyonluq çox kiçik bir ölkə uzun illərdir nəhəng imperiyaya qarşı mübarizə aparır. Son illərdə bu mübarizə zəifləsə də, mübarizənin kökü daha əvvəllərə gedib çıxır. Bir ovuc torpağında rahat şəkildə yaşamaq istəyən, kiçik xalq olan çeçenlər, uzun illərdir mübrizə aparırlar və ölkədə hər əlli ildən bir müharibənin başlayacağına əmin olan çeçenlər var. Şimali Qafqaz xalqları 18-ci əsrdə Şeyx Mansur, Şeyx Şamil kimi liderlərin başçılığı altında üsyan hərəkatlarına qatılıblar. Lakin bu hərəkatların ən güclüsü 20-ci əsrin sonunda oldu. Bu mübarizə qələbə ilə başa çatdı. Amma bu qələbə çox da uzun çəkmədi....

Şimali Qafqaz xalqları 20-ci əsrin sonunda müxtəlif liderlərin başçılığı altında Rusiyaya qarşı mübarizə apardı. Bir çeçen qadının da dediyi kimi, çeçenlərin rus torpağında gözü yoxdur. Onlar bir ovuc torpaqlarında rahat formada yaşamaq istəyirlər. Çox kiçik bir bölgədə öz xalqının rahat yaşaması üçün mübarizə aparan şəxslərdən biri də Şamil Basayev olub. Şamil, bəzilərinə görə terrorçu, bəzilərinə görə isə əsl qəhrəman idi.

Şamil Basayev kimdir?

1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində gələcəkdə Rusiyaya çox çətin anlar yaşadacaq biri dünyaya gəldi. Şimali Qafqaz xalqlarının qəhrəmanı sayılan Şeyx Şamilin şərəfinə yeni doğulmuş uşağa Şamil adı verildi. Şamilin ailəsi 1944-cü ildə Qazaxıstana sürgün edilmiş və 13 il sonra geri dönə bilmişdir. Sürgün yaşamış, işğal və basqı görmüş bir xalqın və bu xalqın bir parçası olan bir ailənin vətənlərinə dönməsindən qısa bir zaman sonra dünyaya gələn Şamil, Çeçenistanda "Qafqaz gerçəyi" ilə üz-üzə yaşadı. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra iki il sovet ordusunda xidmət etdi. Xidməti başa vurduqdan sonra isə Volqoqradda işləməyə başladı. Şamil 1987-ci ildə Moskvada mühəndislik təhsili aldı. Daha sonra Abxaziyadan olan bir qızla evlənən Şamilin biri qız, üçü oğlan olmaqla 4 övladı oldu. 1991-ci il avqust ayında isə B.Yeltsin tərəfdarları arasında yer aldı.1991-ci ilin sonunda isə müstəqilliyini elan etmiş Çeçenistana qayıtdı və Rusiyaya qarşı mübarizə aparan qruplara başçılıq etməyə başladı. Sovet hökumətinin dağılmasından sonra Çeçenistan, Çövhər Dudayevin rəhbərliyi ilə yeni bir dönəmə girmişdi. Kiçik bir bölgəni belə itirmək istəməyən Rusiya, Çeçenistana ordu göndərdi və Çeçenistan ilə diplomatik əlaqələr qurmaq istəyən ölkələrə maneə oldu. Bölgəyə ambarqo tətbiq edildi.

Məhz həmin günlərdə Şamil Basayev, Çeçenistanda yaşanan insanlıq dramını dünyaya göstərmək üçün Rusiya təyyarəsini qaçıraraq Ankaraya endirdi. 9 noyabr 1991-ci il tarixində baş vermiş bu hadisə rusların özlərini də şoka salmışdı. 7 nəfər tərəfindən qaçırılan təyyarədə 178 sərnişin var idi. Təyyarə, Türkiyədəki hava limanında təxminən 5 saat gözlədi. Təyyarəni qaçıran 7 nəfərin rəhbəri olan Şamil Basayevin məqsədi isə dünyanın gözünü Çeçenistana çevirmək idi.

"9 noyabr 1991-ci il tarixində rus əsgəri Qroznıya girdi. Müharibə başlamaq üzərə idi. Bir müharibəni başlatmadan öncə yaşananları dünyaya necə çatdırarıq deyə düşündük. Sonda qərarımızı verdik. 30 dəqiqə içində bu planı hazırlamışdıq və nəticədə o təyyarəni qaçırdıq" - Şamil Basayev

Bu hadisədən sonra dünya Şamil Basayev adını ilk dəfə eşitmiş oldu. Təyyarə qaçırılması hadisəsindən sonra Dudayevin tapşırığıyla Abxaziyaya gedən Basayev, abxazların gürcülərə qarşı savaşına da ciddi dəstək verdi. Abxaziyanın Xalq Qəhrəmanı adına layiq görülən çeçen komandir, Dağlıq Qarabağ müharibəsi zamanı da mücahidləriylə birgə ermənilərə qarşı vuruşmuş və iddialara görə Şuşanın onun tərəfindən müdafiə olunması təklifini irəli sürmüşdür.

Rus qoşunlarının 1994-cü ilin dekabr ayında Çeçenistana müdaxiləsindən sonra Dudayevin ən güvəndiyi generala çevrilən Şamil, ruslar tərəfindən ən çox axtarılan çeçen komandir oldu. Azadlıq savaşında Şamilə ən böyük zərbə isə ailəsinin yaşadığı evin bombalanması oldu. 1995-ci ildə ruslar qırıcı təyyarələrlə Şamilin evini bombaladılar. Bombardman nəticəsində Şamilin həyat yoldaşı da daxil olmaqla 11 ailə üzvi öldürüldü. Ailəsinin məhvi şübhəsiz, Şamilə pis təsir etmişdi. Ancaq Şamil verdiyi müsahibədə bu haqda belə deyirdi: “Ailəmin intiqamı üçün yox, vətənim üçün vuruşuram. Savaşım müstəqillik üçündür. Mən terrorçu deyiləm. Mən xalqımızın azadlığı üçün savaşıram. Mənə hələ də terrorçu deyən Dünyanın üzünə tüpürmək istəyirəm”.

Ailə üzvlərinin ölümündən sonra Şamil, 2-ci ən böyük planını hazırladı. Bu “Budenosvk” əməliyyatı idi. Plana uyğun olaraq Şamil və tərəfdarları 1995-ci ildə Moskvaya gedən avtomobillərin içindəki tabutlarda gizləndilər. Məqsəd Moskvaya getmək idi. Lakin bəzi səbəblərdən qrup üzvləri əməliyyatı Budenovskda həyata keçirməyə qərar verdilər. 150 nəfərlik qrup, Budenovsk şəhərindəki polis şöbəsinə hücuma keçdi. Polis şöbəsindən sonra isə şəhər xəstəxanasına basqın edən Basayev, sakit, üzü tüklü və başındakı yaşıl sarğının üstündə “Allahu Əkbər” sözləri yazılmış vəziyyətdə dünya gündəmini zəbt etdi. Rusların hücumunun qarşısını almaq üçün qrup üzvləri, xəstəxana girovlarının üzərinə benzin tökərək pəncərələrin qarşısına qoydular. Budenovsk hücumu zamanı Rusiyanın sabiq prezidenti Boris Yeltsin Kanadada “G-7” sammitində iştirak etdiyi üçün Şamillə danışıqları baş nazir Viktor Çernomırdin apardı.

Baş nazirlə Şamil arasında 36 saat ərzində 5 telefon danışığı oldu. Efirdən birbaşa canlı yayımlanan dialoq belə idi:

V. Çernomırdin: - Basayev, sən belə davam etsən, sənin üçün çox pis olacaq. Dünya və rus xalqı qarşısında söz verirəm ki, sənə heç nə olmayacaq.

Ş. Basayev: - Sənə inanmıram. Sən bir tərəfdən təhlükəsizliyimizə təminat verirsən, bir tərəfdən də başımıza bombalar atırsan. Ancaq mən səninlə danışarkən sənə güllə atmıram.

Uzun danışıqlardan sonra razılaşma baş tutdu. Şamilin tələbləri yerinə yetirildi. Yeddi avtobus və meyidləri daşımaq üçün soyuduculu avtomobil xəstəxanaya göndərildi. Basayev və mücahidləri 150 əsirlə birlikdə snayperlərin nişanı altında Budenovsku tərk etdilər. Şamil də sözünü tutaraq əsirləri sərbəst buraxdı. Budenovsk əməliyyatı rusları təşvişə saldı.

Budenovsk teraktı haqqında sonralar Şamil bunları xatırlayır:

“Budenovska getməyəcəkdim. Mən Moskvanı nəzərdə tutmuşdum. Sadəcə, pulumuzun bitməyi planımın dəyişməyinə səbəb oldu və Budenovsk əməliyyatını reallaşdırdım. 300 rus əsgərini öldürdük, iki vertolyotlarını vurduq. Xəstəxanaya hücum etmişdik, ancaq ruslar Çeçenistanda doğum evlərini bombalayırdılar”.

1996-ci ilin 21 aprelində Cövhər Dudayev öldürüldükdən sonra dövlətin idarəsini ələ keçirən Şamil Basayev birinci Rus-Çeçen müharibəsində ruslara ciddi zərbələr vurdu. Rusiyanın o vaxtkı Müdafiə naziri Qraçovun 1994-cü ildə verdiyi “İki saata Qroznını ələ keçirəcəyik” açıqlamasından sonra müharibə iki il davam etdi.

Rusiya üçün fiasko hesab edilən savaşın kuliminasiya nöqtəsi isə “Cövhərqala ” əməliyyatı oldu. “Cövhərqala” əməliyyatına Basayev rəhbərlik etdi. Əməliyyat savaşın bitməsinə birbaşa təsir etdi və 1996-cı il 31 avqustda “Xasavyurt” müqaviləsiylə Çeçenistanda sülh bərqərar oldu. Rusiya qoşunlarını Çeçenistandan çıxartdı.

2-ci Çeçenistan müharibəsindən sonra isə ölkədə vəziyyət çətinləşdi. Bir müddət yoxa çıxan Şamil Basayev 2002-ci ildə yenidən dünya gündəminə öz adını yazdırdı. O, 2002-ci ilin oktyabrında Moskvadakı məşhur “Nord Ost” teatrına hücum etdi. Lakin hücumdan sonra Məshədovla Şamilin arasında konflikt yarandı. Konfliktin səbəbi isə Şamilin Məshədovdan icazəsiz, özbaşına hücumu həyata keçirməsi idi.

Bir müddət yenə yoxa çıxan Şamil, 2 il sonra Şimali Osetiyanın Beslan şəhərində orta məktəbə hücumunun təşkilatçılığını üzərinə götürdü. Bu hadisədən sonra Şamilin başına 10 milyon dollar mükafat qoyuldu. Məktəbin mühasirəsini dünyaya canlı yayımlayan ruslar, dünya ictimaiyyətinin diqqətini çəkərək Basayevin terrorçu obrazını yarada bildilər. Bu hadisədən də sağ çıxan Şamil, 2006-ci ilin 10 iyul tarixində İnquşetiyada gedən avtomobil kortejindəki bombanın partlamasından sonra dünyasını dəyişdi.

Çeçenlər Şamili Rus təhlükəsizlik güclərinə qarşı təşkil etdiyi hücumlara görə qəhrəman olaraq gördü. Lakin Beslan hadisəsindən məharətlə istifadə edən Rusiya, Basayevin terrorçu obrazını yarada bildi. Vətənini, dinini, namusunu, ailəsini, malını qorumaq üçün savaşan Şamil, artıq sosial şəbəkələr tərəfindən də terrorçu olaraq görülür. Şamil Basayevin adına səhifələrin olmasına baxmayaraq bu səhifələr tez-tez sosial şəbəkələr tərəfindən silinir.bizimyol



Xəbəri paylaş

3 4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___