Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Generalın adam bıçaqlayan oğlu məhkəməyə verildi
Tarix: 23-09-2015 | Saat: 12:44
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Generalın adam bıçaqlayan oğlu məhkəməyə verildi
İddiaya məhkəmədə baxılır.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəməyə verilib.

Xəbəraz.az xəbər verir ki, “Report”un məlumatına görə, Vaqif Teymurov adlı şəxs T.Əsədullayevlə yanaşı, “Azərkabel” ASC, “Azkabel” MMC, Mingəçevir şəhəri 2 saylı notariat kontorunun notariusu Nidayət Rzayevə qarşı da iddia qaldırıb.

Alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, T.Əsədullayevin oğlu mətbuatın gündəminə Bakıdakı “Senator” restoranında törətdiyi hadisə ilə gəlib. Dünən axşamdan isə ölkə KİV-lərində və sosial şəbəkələrdə T.Əsədullayevin restoranda törətdiyi hadisənin görüntüləri yayılıb.

Xatırladaq ki, restoranda baş verən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. T.Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. T.Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.


Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___