Arif Qasımov Nizami rayonuna başçı gətirildi
Tarix: 22-09-2015 | Saat: 15:29
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib
Yaxın saatlarda bununla bağlı rəsmi sərəncamın elan ediləcəyi gözlənilir.
Arif Qasımov bu vəzifəyə Siyəzən rayon icra başçısı postundan təyinat alıb.
Bu xəbəri Azinforum.az yayıb.
Mia.az xəbəri dəqiqləşdirmək üçün Nizami rayon İcra Hakimiyyətinini başçısının 1-ci müavini, bu dəqiqələrə qədər başçı vəzifəsini icra edən İldırım Mehdiyevlə əlaqə yaradıb. O, məlumatın doğruluğnu təsdiqləyib. İ.Mehdiyev bildirib ki, saat 14.30-da təqdimat olacaq.
Xatırladaq ki, Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Evlidir. 3 övladı var.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

17-01-2016, 12:20
Bakıda oğurluq edən qadın anbaan kameralara düşdü - VİDEO
21-11-2018, 10:55
Döyülən direktorla bağlı açıqlama-"Vəziyyəti yaxşı deyil"
22-03-2022, 11:21
Ağstafada eyni yolda iki qəza: Yaralılar var
6-11-2023, 10:46
Şuşada dəhşətli hadisə: 5 nəfər yanaraq ölüb.
24-09-2015, 22:31
Avropa İttifaqı Türkiyəyə 1 milyard avro ayırdı
12-08-2015, 12:14
Qırğızıstan “Putinin ittifaqı”na daxil oldu
30-11-2020, 12:33
Köçəryan Moskvaya niyə gedə bilmədi? – Paşinyan sirri açdı
5-09-2022, 11:08
Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var
15-01-2016, 11:25
Tovuzda öldürüldüyü deyilən qız tapıldı
22-06-2018, 18:15
Bakıda qəribə oğurluq: malı da, pulu da satıcı verir - Video