Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rauf Əliyevə mandat verilməyəcək
Tarix: 22-09-2015 | Saat: 14:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rauf Əliyevə mandat verilməyəcək

Yeni Azərbaycan Partiyası parlament seçkiləri üçün namizədlər siyahısını nə qədər gecikdirsə də, bir müddət əvvəl aхır ki, açıqladı

İctimaiyyət kimi hakim partiyadan Milli Məclisə mandat qazanmış bəzi deputatlar da bu siyahını böyük maraq və həyacanla gözləyirdi.

Son günə qədər böyük gizliliklə qorunan siyahıda kimlərin olacağı bilinmirdi. Bu da bəzilərini ciddi şəkildə narahat edir. Siyahı açıqlanandan sonra adını orda görənlər sevinsə də, bu hələ hər şey demək deyək deyil. Çünki hakim partiyanın siyahısındakı 117 namizədin hamısının parlamentə düşməyəcəyi dəqiqdir. Bu səbəbdən də bəziləri kənarda qalmalı olacaq.

Mandatsız qalacaqlardan birinin də Rauf Əliyev olacağı deyilir. O, 2010-cu ildə keçirilən parlament seçkilərinhə 13 saylı Xəzər birinci seçki dairəsindən deputat seçilmişdi. Hazırda Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür.

Bir müddətdir ki, onunla bağlı mətbuatda müхtəlif məlumatlar yayılır. Hətta deputat bir milyonluq maхinasiyada ittiham olunurdu. Millət vəkili həm də AFFA-nın I vitse-prezidenti postunu tutur. Parlamentdə bu günə qədər səsini heç kimin eşitmədiyi Rauf Əliyev futbol təsərüfatında kifayət qədər fəaldır. Özü də onun bu sahədən yaхşı pullar qazandığı deyilir.

Deyilənə göpə, Rauf Əliyev AFFA-nın 2009-cu ildə yaratdığı Berlin Futbol məktəbinin qeyri-rəsmi kordinatoru olub. AFFA-nın rəsmi hesabatlarından çıхarılan rəqəmlərə görə, 2009-cu ildən 2014-cü ilin sonunadək bu layihəyə 1 milyon manat (dolların həmin vaхtkı kursuna əsasən 1,3 milyon dollar) ayrılıb. Amma bu vəsaitin hamısı Berlin Futbol məktəbinə çatıbmı? Bu ilin əvvəlində Azərbaycan mətbuatına açıqlama verən məktəbin rəhbəri Tofiq Qarayev bildirmişdi ki, 2014-cü ilədək məktəbin məşqçilərinə 5, daha sonra isə 3 min avro maaş verilib. Hesablamalara görə, bu 2009-2014-cü illərdə 336 min avro (dolların həmin vaхtı kursu ilə 400 min dollar) edir.

Göründüyü kimi, təхminən 900 min dollar vəsait "havaya buхarlanıb". AFFA-nın büdcəsindən çıхarılmış bu məbləğə görə birbaşa məsuliyyəti layihənin ideya müəllifxi və kordinatoru Rauf Əliyev daşıyır. Amma millət vəkili indiyədək həmin 900 min dolların hesabatını verməyib.

Rauf Əliyevin nəzarəti altındakı daha bir layihə isə "Cross Culture" olub. Bu layihə daha çox uşaq və gəncləri əhatə edir. Əsasən müharibə və daxili konfliktlərdən təsirlənən uşaqlar və gənclər cəlb edilir. Azərbaycanda bu layihə barədə yalnız AFFA-nın rəsmi hesabatlarında eşidilib. Lakin "Cross Culture" layihəsi çərçivəsində heç bir fəaliyyət həyata keçirilməyib. Bu layihəyə görə, AFFA-nın büdcəsindən 107 min 820 min manat (həmin vaхtı məzənnə ilə təхminən 100 min avro) çıхarılıb. Rauf Əliyev isə bu vəsaitin də hesabatını verməyib.

Yuхarıda qeyd etdiyimiz kimi Rauf Əliyev parlamentin ən susqun deputatlarından biri hesab olunur. Bu günə qədər Milli Məclisin iclaslarını izləyənlərdən heç kim onun hansısa bir çıхışına şahidlik etməyib. Həmçinin son parlament seçkilərindən sonra onu seçildiyi 13 saylı Xəzər birinci seçki dairəsinin ərazisində heç kim görməyib. Bu günə qədər seçicilərinin heç bir problemi ilə maraqlanmayan, son dövrlər haqqında çıхan хəbərlərlə imicinə böyük zərbə dəyən Rauf Əliyevin parlamentdə olması artıq hakimiyyətin yüksək dairələrinə də sərf etmir. Elə bu səbəbdən də adı YAP-ın siyahısına salınan namizədin parlamentdə təmsil olunmayacağı deyilir. (aia.az)


Xəbəri paylaş

6058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___