İlham Əliyev deputatların qanununa etiraz etdi
Tarix: 21-09-2015 | Saat: 21:56
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Yenidən müzakirəyə çıxarılacaq.
Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunan “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu prezident İlham Əliyev yenidən parlamentə qaytarıb.
Xəbəraz.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı parlamentin sentyabrın 30-da keçiriləcək iclasında “2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanuna Azərbaycan Respublikası Prezidentinin etirazları barədə” qərar layihəsi müzakirəyə çıxarılacaq.
Layihədə qeyd edilən tarixdə məlum qanununa prezidentin etirazının səbəbi belə izah olunur: “Qanunun 4-cü maddəsində səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yerinə yetirilən respublika informasiya-məsləhət xidməti mərkəzinin təşkil edilməsi, həmin mərkəzin tərkib hissəsi kimi fəaliyyət göstərən yerli qurumların yaradılması, habelə mərkəzin funksiyaları və öhdəlikləri müəyyən edilir.
Bundan başqa, qanunun 5-ci və 15-ci maddələrinə əsasən kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyekti hesab edilən müvafiq icra hakimiyyəti orqanının bu sahədə xidmət göstərmək hüququ əldə etmək üçün akkreditasiya olunması tələb olunur.
Beləliklə qanunun bu müddəaları Konstitusiyanın 93-cü maddəsinin IV hissəsi və 109-cü maddəsinin 7-ci bəndi ilə ziddiyyət təşkil edir. Bununla Konstitusiyanın 7-ci maddəsində nəzərdə tutulmuş hakimiyyətlərin bölünməsi prinsipini pozaraq Azərbaycan Prezidentinin icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərini məhdudlaşdırır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır.
Qeyd olunanlarla yanaşı qanunda “Normativ hüquqi aktlar haqqında” qanunun 25.2-ci və 64.4-cü maddələrinin tələblərinə riayət olunmadan həddindən artıq ümumiləşdirilmiş və qeyri-müəyyən ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin çoxluğuna yol verilib.
Konstitusiyanın 110-cu maddəsinin I hissəsini və 149-cu maddəsinin III hissəsini rəhbər tutaraq “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun imzalanmadan geri qaytarılır”.
Xəbəri paylaş
6458 dəfə oxunub.
Digər xəbərlər

3-07-2015, 16:08
“Həci başqadı” videosunun yayımlayan döyüldü – AUDİO
27-03-2016, 14:07
Allahın sevdiyi kəlmələr
1-03-2022, 21:42
“Müharibəni dayandır, Ukraynadan çıx” - NATO-dan Putinə çağırış
12-03-2016, 15:32
Kamran Ağayev və Ruslan Əmircanovun yeni meyxanası - VIDEO
8-04-2017, 14:32
İstirahət gününün HAVAsı
31-05-2016, 23:33
Rusiya millətçiləri şokda: Putin geri çəkilir
16-01-2016, 19:43
Samuxda 18 yaşlı qızı bıçaqladılar
5-08-2016, 11:41
Türkan Heydərova şou-biznesə gəldi: "Canım" - VİDEO - FOTO
15-08-2015, 16:51
Televizor oğrusu polislə dərdləşdi - VİDEO
2-06-2015, 18:26
Cahangir Əsgərovun yeni köməkçisi təyin edildi