Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ali məktəblər Qarabağ əlillərinin övladlarından niyə imtina edir...
Tarix: 21-09-2015 | Saat: 00:24
Bölmə:M / Karusel / Təhsil / Gənclərimiz | çapa göndər

Ali məktəblər Qarabağ əlillərinin övladlarından niyə imtina edir...

Xüsusilə dünyasını dəyişən Qarabağ əlillərinin övladları güzəştlərdən yararlana bilmirlər.

Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqlarından azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Lakin universitetlər bu tələbə əməl etmir. Nəticədə ödənişli ixtisaslara qəbul olan əlil övladları təhsilini başa vura bilmirlər.

Bu barədə virtualaz.org saytına Qarabağ Müharibəsi Əlilləri və Veteranları Cəmiyyətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, xüsusilə dünyasını dəyişən Qarabağ əlillərinin övladları güzəştlərdən yararlana bilmirlər.

Cəmiyyətdən dedilər ki, Ağstafa şəhəri, Ə.Nuriyev küçəsi, ev 25-də yaşayan Qarabağ əlili İlqar Aşurovun oğlu Elməddin Aşurov bu il Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz mühəndistliyi fakültəsinə ödənişli qəbul olub: “İlqar Aşurov Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralanıb, bir ayağını kəsiblər. Aldığı xəsarətlərdən dəfələrlə müalicə olunmasına baxmayaraq dünyasını dəyişib. Nazirlər Kabinetinin qərarı ilə onun övladının ödənişini dövlət öz üzərinə götürməlidir. Amma Neft Akademiyası Qarabağ əlilinin ölməsini əsas gətirərək Elməddin məktəbə buraxmaq istəmir. Deyir ki, tələbə ödəniş edilməyəcəyi təqdirdə məktəbdən çıxarılacaq”.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudun Məmmədov da deyir ki, yeni tədris ili başlayandan Qarabağ əlillərinin övladlarının təhsili ilə bağlı problemlər yaranıb: “Ali məktəblərin ödənişli ixtisaslarına qəbul olan tələbələrlə bağlı süni problemlər yaradılır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il, 25 iyun tarixli, 120 saylı qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sərəncamda Qarabağ əlillərinin ölümündən sonra övladlarının güzəştdən azad edilməsi ilə bağlı əlavələr yoxdur. Ali məktəblər isə sərəncamda Qarabağ əlillərinin sağlığında güzəştlərin tətbiq edildiyini iddia edirlər. Halbuki Qarabağ əlili dünyasını dəyişəndən sonra onun həyat yoldaşı və ya övladlarına mənzil verilir. Vəfat edən Qarabağ əlilinin ailəsi digər güzəştlərdən yararlana bilirlər”.

F.Məmmədvun fikrincə, Qarabağ əlili dünyasını dəyişəndən sonra onun ailəsinin güzəştləri artırılmalıdır: “Müharibədən sonrakı dövrlərdə onlarla gənc mina partlaması nəticəsində əlil olub. Qarabağ əlili təqaüd alır, ailəsini dolandırır. Qarabağ əlili dünyasını dəyişəndən sonra ailənin maddi durumu daha da çətinləşir. Buna görə də ali məktəblər bu problem yaratmaqdan çəkinməlidir. Bundan əlavə, ödənişi dövlət öz öhdəsinə götürüb. Universitetlər maddi olaraq bir şey itirmirlər”.

Azərbaycan Dövlət Neft Akademiyasından bu ittihamlarla bağlı suallarımızı Təhsil Nazirliyinə ünvanlamağı məsləhət gördülər.

Təhsil Nazirliyindən isə bildirdilər ki, Qarabağ əlillərinin övladları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli ixtisasına qəbul olarsa, təhsil haqqları dövlət tərəfindən ödənilir.


Xəbəri paylaş

8908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___