Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bolqarıstan Azərbaycan qazı üçün tranzit ölkə olmağa hazırdır
Tarix: 18-09-2015 | Saat: 00:52
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Bolqarıstan Azərbaycan qazı üçün tranzit ölkə olmağa hazırdır

Tələbatını Rusiya qazı hesabına ödəyən Bolqarıstan üçün qazın tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi çox vacibdir. Bu aspektdə Azərbaycan Bolqarıstan üçün vacib tərəfdaş ola bilər. Öz növbəsində, Bolqarıstan Azərbaycan qazının Avropaya tədarükləri üçün tranzit ölkə olmağa hazırdır. Bunu Trend-ə müsahibəsində Bolqarıstanın Baş nazirinin müavini Tomislav Donçev deyib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazının tədarükü məqsədilə IGB (Interconnector Greece-Bulgaria) interkonnektorun tikintisi üçün bütün zəruri səyləri göstərməyə davam edəcək: “IGB-nin təqribi buraxılış qabiliyyəti ildə 20 milyard kubmetr qaz təşkil edəcək. İnterkonnektorun Yunanıstanla layihə gücünü və onun Rumıniya və Serbiyanın qaz nəqli sistemləri ilə birləşdirən layihələşdirilmiş bəndlərini nəzərə alsaq, Bolqarıstanın qazın bütün Avropa üzrə paylaşmasında imkanları xeyli artır. Azərbaycan isə Bolqarıstana və ümumilikdə Avropaya böyük həcmdə qaz tədarük etməyi planlaşdıra bilər”.

T. Donçev qeyd edib ki, Bolqarıstanın enerji sahəsində Azərbaycanla əməkdaşlıq üçün xeyli layihələri var, lakin onların reallaşdırılması üçün ilk növbədə interkonnektor tikmək lazımdır: “Bolqarıstan bu məsələnin çox tezliklə həll olunacağına ümidini itirmir. Bolqarıstan və Yunanıstan IGB-nin tikintisi yolu ilə Cənub Qaz Dəhlizi layihələrinə qoşulmaq imkanları əldə edəcək və bununla da Azərbaycan qazı əldə edəcək”.

Baş nazirin müavini əlavə edib ki, mövcud Rusiya-Ukrayna-Moldova-Rumıniya qaz boru kəmərinin buraxılış qabiliyyəti 25 milyard kubmetr təşkil edir, lakin bu qaz kəmərinin taleyi sual altındadır, çünki siyasi vəziyyət olduqca dinamik dəyişir.

T.Donçev vurğulayıb ki, Azərbaycanın Aİ ilə enerji sahəsində əməkdaşlığı bizim üçün yaxşı imkanlar açır: “Bolqarıstan üçün Xəzər hövzəsinin digər ölkələri ilə də enerji sahəsində əməkdaşlıq böyük maraq doğurur. Türkmənistan və İran Avropanın enerji təhlükəsizliyinin təminatı üçün böyük enerji resursları ehtiyatlarına malikdirlər”.

Bolqarıstanın “Türk axını” layihəsində iştirak ehtimalına gəlincə, T.Donçev bildirib ki, hələ bu barədə nə isə demək çərtindir, bunu vaxt göstərəcək.

İqtisadi əməkdaşlıq

Baş nazirin müavini deyib ki, Azərbaycan və Bolqarıstan arasında siyasi sahədə münasibətləri çəkinmədən çox yaxşı adlandırmaq olar: “Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Bolqarıstana və cari ilin iyununda Bolqarıstanın Baş nazirinin müavini Boyko Borisovun Azərbaycana səfəri zamanı yüksək səviyyədə dostluq mühitində aparılan danışıqlar buna nümunədir: “Son illər iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr tərəflərin iqtisadiyyatın bütün istiqamətləri üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olmaları çərçivəsində xüsusi xarakter alıb”.

O vurğulayıb ki, xeyli perspektivli sahələr mövcuddur, bu çərçivədə əməkdaşlıq qarşılıqlı sərfəli ola bilər: “Bolqarıstan hökumətində hesab edirlər ki, Azərbaycan Bolqarıstan istehsalı məhsulların, xüsusilə maşınqayırma, kənd təsərrüfatı malları və s. məhsulların tədarükü üçün vacib bazar ola bilər”.

T.Donçevin fikrincə, turizm hər iki ölkənin faydalı əməkdaşlıq edə biləcəyi vacib sahədir: “Bolqarıstan ÜDM-ün 20 faizindən çoxunu turizm gəlirləri təşkil edir. Ölkədə yay və qış turizmləri inkişaf edib və Azərbaycanda da bu sektorun inkişafına böyük diqqət yetirilir. Bu sahədə əməkdaşlığın inkişafı hər iki ölkə üçün sərfəli ola bilər. Tikinti sektoru, yol infrastrukturunun, yolların, metro tikintisi, məişət tullantılarının emalı iki ölkənin əməkdaşlığı üçün əlavə sahələrdir”.

Bolqarıstan azərbaycanlı investrorları dəvət edir

Baş nazirin müavini deyib ki, Bolqarıstan investisiyalar üçün açıqdır: “Sabit makroiqtisadi və siyasi vəziyyət, Aİ-nin digər ölkələrilə müqayisədə Aİ qarşısında borcun aşağı səviyyəsi, əlverişli biznes mühit, vergi dərəcələrinin aşağı səviyyəsi, mütəxəssislərin yüksək səviyyəsi ölkəni xarici investisiyalar üçün cəlbedici edir”.

O, ölkənin bu sahədə əldə etdiyi uğurlarını Avropa fondları ilə əməkdaşlığın səmərəsilə əlaqələndirib: “Bütün bunlar ölkə iqtisadiyyatını möhkəmləndirir. Avropa fondları ilə əməkdaşlıq hər şeydən əvvəl siyasi dəyərlərin, şəffaflığın qorunmasına istiqamətlənmiş səylərdir. Bolqarıstan Aİ-nin yeni üzvü kimi fasiləsiz maliyyələşmə hüququna malikdir və bu hüququnu 2020-ci ilədək qorumağa ümidvardır. Hökumət vəsaitlərin böyük hissəsini maliyyə şəffaflığının təmin edilməsinə, yüksək peşəkar mütəxəssislərin hazırlanmasına və sairə ayırıb”.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___