Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Charlie Hebdo ətrafında yeni qalmaqal – FOTO
Tarix: 15-09-2015 | Saat: 10:16
Bölmə:M / Karusel / Dünya / Aktual | çapa göndər

Charlie Hebdo ətrafında yeni qalmaqal – FOTO
Jurnal suda batmış suriyalı balaca oğlanın karikaturasını çəkib.

Fransız satirik jurnalı “Charlie Hebdo”nun ədəbsiz karikaturası elə Avropanın özündə kəskin tənqid atəşinə tutulub.

Bu dəfə fransız karikaturaçıları, Türkiyənin Bodrum sahilində həlak olan 3 yaşlı Aylan adlı oğlanın ölümünü gülüş hədəfinə çeviriblər. Oğlan öz vətənində vətəndaş müharibəsindən qaçaraq Yunanıstana getməyə çalışan suriyalı qaçqın ailəsindən idi. Jurnal iki karikatura dərc edib.

LifeNews telekanalının saytı birinci karikaturaya “Avropanın xristanlara məxsus olduğunun sübutu” adının verildiyini yazır. Karikaturada suyun üzəri ilə gedən İsa peyğəmbər və yanında başıaşağı suda üzən oğlan təsvir edilib. Rəsmin altında “Xristianlar suda gəzir, müsəlman uşaqları isə batır” yazılıb.

İkinci şəkildə isə üzü torpaqda uzanmış ölü oğlan təsvir edilib və “Məqsədə bu qədər yaxın ikən” yazılıb. Yaxınlıqda isə üzrəində “İki uşaq menüsu birinin qiymətinə” yazılan restoran reklamı görünür.

Karikatura Avropanın özündə kəskin qəzəbli reaksiya doğurub. Britaniyanın “The Daily Mail” nəşri sosial şəbəkə istifadəçilərinin Charlie Hebdonu tənqid atəşinə tutduğunu yazır. Sosial şəbəkədə belə karikaturaların “Fransanın mənəvi çürüklüyünü” göstərdiyinə dair şərhlər yazılıb.

Jurnalistlər özlərinə bəraət qazandırmaq üçün irqçi və dini stereotiplərdən onları gülüş hədəfinə çevirmək üçün istifadə etdiklərini bildiriblər.
Yaxın Şərqdən reaksiya hələ ki, yoxdur, çox güman ki, bu reaksiyanı çox gözləmək lazım gəlməyəcək.

Xatırladaq ki, cari ilin yanvar ayında Charlie Hebdo jurnalının redaksiyası Məhəmməd Peyğəmbərin karikaturasına görə terror hücumuna məruz qalmışdı. Redaksiyaya hücum nəticəsində 11 adam, o cümlədən iki polis əməkdaşı həlak olmuşdu. Oxu.Az


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___