Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Namiq Qaraçuxurlu: “Xanımım həm mənim, həm də valideynlərimin seçimidir” - MÜSAHİBƏ
Tarix: 13-09-2015 | Saat: 01:48
Bölmə:M / Karusel / Müsahibə | çapa göndər

Namiq Qaraçuxurlu: “Xanımım həm mənim, həm də valideynlərimin seçimidir” - MÜSAHİBƏ

Teleqraf.com tanınmış meyxanaçı Namiq Qaraçuxurlu ilə müsahibəni təqdim edir.

- Namiq bəy, oktyabrın 12-də toyunuz olacaq. Qeyd etmisiniz ki, toyunuz kişi məclisi olacaq və çəkilişlərə icazə verməyəcəksiniz. Bu nə dərəcədə doğrudur?
- Bəli. Mən kişi toyu edəcəm və məclisdə kişilər olacaq. Ola bilər ki, qadın müğənnilərimiz də gəlsinlər. Telefon məsələsinə gəlincə, çəkilişə qadağa qoyduğumu zarafatla demişəm. Sadəcə saytlarımız onu bir az ciddi yazıblar. Elə bir şey ola bilməz. Kim istəyir çəkə bilər. Media məsələsinə gəlincə, söhbət iki-üç nəfərdən getmir, ümumilikdə hamısını zala buraxmaq olmaz. Çünki toyumda dövlət işçiləri olacaq və media nümayəndəsinin video görüntüsündən diskomfort hiss yaşaya bilərlər. Toyun mediaya qapalı olmasının yeganə səbəbi budur ki, qonaqlarım özlərini rahat hiss etsinlər. Təbii ki, mediadan olan dostlarmıza müəyyən materiallar veriləcək. Və hətta bir neçə jurnalist dostlarım qonağım olacaq. Onlar da çərçivəsini bilən insanlardır. Normal səkildə nə isə çəkib qoya da bilərlər. Onlara heç kim qadağa qoymur. Kişi toyu ona gorə edirəm ki, qarşı tərəfin fotoları çox yayılmasın. Demək istəyirəm ki, media ilə qəsd-qərəzliliyim yoxdur.

- Bəs, toyunuza həmkarlarınızdan kimləri dəvət edəcəksiniz?
- Ad çəkməyəcəm, çünki həmkarlarım coxdur və demək olar ki, əksəriyyətini dəvət edəcəm. Təbii ki, münasibətim yaxşı olan və toy məclislərində iştirak etdiyim həmkarlarımı dəvət edəcəm.

- Namiq bəy, xanımınız yəqin ki, sənət cameəasindən deyil…
- Bəli, sənət cameəsindən deyil.

- Bilmək istərdik ki, hazırda Aygün Kazımova ilə
münasibətiniz necədir? Və toynuza dəvət edəcəksinizmi?
- Toyumda çox güman ki, xanımlar iştirak etməyəcək. Amma Aygün xanımla münasibətimiz əladır.

- Siz kariyeranıza meyxana ifaçısı kimi başladınız. Amma son vaxtlar meyxanaya yox, mahnılara üstünlük verirsiniz. Buna səbəb nədir?
- Televiziyada verilişlərdə canlı ansambl olan zaman mütləq meyxana ifa edirəm. Çünki mənim meyxanaya xidmətim sonsuz olmalıdır. Düzdür, bu il meyxana sənətinə diqqətimi bir az azaltmışam, amma gələn ildən çoxaldacam. Son zamanlar görürəm ki, meyxana sənətinin vəziyyəti yaxşı tərəfə getmir. Bu sənətə daha çox diqqət, maraq göstərdiyim zamanlarda meyxana böyük səhnələrdə səslənirdi,yüksək səviyyəli məclislərə dəvət edirdilər. Bir il olar ki, toylarda meyxana ifa etmirəm, konsertlər vermirəm. Düşünürəm ki, bunun sayəsində meyxananın vəziyyəti pis tərəfə gedir. Meyxanada, qafiyələrində “həftəbecər” janrı yaranıb.
Buna görə insanlar nəinki böyük səhnələrə, hətta yüksək səviyyəli toylara da meyxanaçıları dəvət etmirlər. Bəzi həmkarlarmız da bunu etiraf edirlər. Ona görə gələn ildən konsertlərimin sayını çoxaladacam. Konsertlərdə və repertuarımda meyxana və meyxanaçılara üstünlük verəcəm. İnsanlar görsünlər ki, meyxananı böyük səhnələrdə, xanımlar əyləşən masalarda da ifa etmək olar. Bu mənim şəxsi fikrimdir və ola bilər ki, yanlış düşünürəm. Vaxtilə etdiklərimi ustadların bəziləri bəyənmirdilər. Amma zaman keçdikdən sonra onlar da o tipli meyxanlara üstünlük verdilər. Meyxana sənətinin vəziyyətini düzəltmək üçün konsertlərimə meyxanaçıları da dəvət edəcəm. Ümumiyyətlə, repertuarımda meyxananın sayını çoxaldacam, amma toylarda deyil.

- Meyxana sənətində bir sıra çatışmazlıqlar olduğunu qeyd etdiniz. Bu əskikləri düzəltmək üçün nələr etmək lazımdır?
- Əslində, mən həmkarlarımı qınamıram. Mənim toylarda meyxanadan uzaqlaşmağımın bir çox səbəbi var. Bəzən toylarda tamaşaçılar gəlib deyirdilər ki, dünən meyxanaçılar bir “həftəbecər” meyxana dedilər. Sən də o meyxanadan de. Bu kimi halları özümə yaraşdırmadım. Belə-belə artıq o aləmdən uzaqlaşmağa başaldım. Düşünürəm ki, meyxanaçılarımız əslində tamaşaçıya bunu göstərməməli və əvvəldən buna yol verməməli idilər. Artıq yol veriblər, indi isə yığışdırmaq mümkün deyil. Elə bir şərait yaranıb ki, tamaşaçı mənalı söz, samballı deyişmədən çox “həftəbecər” janrını istəyir. Bundan sonra az-az da olsa, yığışdırmalıdırlar. Gələn ildən konsertlərimdə meyxanaya xüsusi diqqət ayıracam. Bu sahənin düzəlməsinə nəticə versə, sevinərəm. Əgər nəticə verməsə, demək zaman belədir və biz bununla razılaşmalıyıq.

- Namiq bəy, müsahibələrinizin birində qeyd etmisiz ki, vaxt var idi Aygün xanımla sizi birlikdə təsəvvür etmək mümkün deyildi. Aygün xanımla duet oxumağa başlarkən bu kimi hallarla çox rastlaşırdınız? İnsanların münasibəti necə olurdu?
- Bu barədə əslində çox danışmışam. Həm də toyqabağı bu barədə danışmağım düzgün deyil. Hər halda zaman keçdikcə insanlar özləri hər şeyi yaxşı dərk edirlər. Bizi birlikdə bəyənənlər axıra kimi bəyəndilər, bəyənməyənlər də o cür. Hər halda bunları vurğulamağa ehtiyac görmürəm. Onu deyə bilərəm ki, hələ də yaradıcılığıma tələbat var. El şənliklərinə dəvət alırıq. İşimiz dar çərçivədə də olsa, davam edir. Amma o mövzuda çox da dərinə getmək istəmirəm.

- Evlənirsiniz, maraqlıdır, xanımınız üçün necə bir həyat yoldaşı olacaqsını? Sizcə qarşı tərəfi xoşbəxt etmək üçün nələr etmək lazımdır?
-Bunu gələcək göstərəcək. Düşünürəm, müəyyən güzəşt olacaq. Eyni zamanda bir azərbaycanlı kişisi ailəsini necə sevib, diqqət göstərməlidirsə, inşallah, çalışacam elə bir həyat yoldaşı olum. İşim elədir ki, məndən asılı olmayan səbəblər ola bilər. Amma inşallah,yaxşı olması üçün çalışacam.

- Evlənəcəyiniz xanım hansı sahədə çalışır?
- Bu barədə açıqlama vermək istəmirəm. Düşünürəm ki şəxsi məsələlərimlə bağlı son fikirlərimdir. Özümü saxlaya bilməyib toy xəbərini açıqladım. Amma əvvəldən bu barədə də danışmamağı düşünürdüm. Toy bitəndən sonra hamının bilməyini istəyirdim. Amma açığı dözə bilmədim. Bölüşəndən sonra yeni suallar yaranır.
- Qız fanatlarınız çoxdur. Qorxmursunuz ki, evlənməklə o fanatları itirə bilərsiniz?
- Bəzən o qorxu içimdən keçir (gülür). Amma yüzdə on faiz fanatımı itirmək qorxusu ola bilər. Ümumiyyətlə, evlənmək xəbərim çıxandan fanatlarım sosial şəbəkədə təbrik yazırlar. Bu mənə çox xoş təsir bağışlayır. Şəxsən tanıdığım fanatlarım çox sevinirlər. Ola bilər ki, evlənməyimlə bağlı bəzi fanatlarım üz döndərsinlər, amma bu az ola bilər. Buna görə də o qədər qorxmuram. Axı əvvəl-axır mən bunu etməli idim. Həyatdı və hər kəsin ailəyə ehtiyacı var. Bu vaxta qədər bütün həyatımı bu sənətə həsr etmişəm. Toy məsələsinin yubanmasının ən böyük səbəbi sənətimlə bağlı işlərimin çox olması idi. O işi edim, bu işi edim deyə-deyə illər necə gəldi keçdi, bilmirəm. Doğrudan da başa düşdüm ki, öz sənətimə həyatımın bir neçə illərini qurban verirdim. Bundan sonar nə vaxta qədər davam edəcək? Artıq çərçivə lazımdır. İnşallah, mən də həyatımı qururam. Gələn ildən xalqımızın xidmətindəyəm.

- Evlilik xəbərinizi eşidən zaman fanatlarınızın sevindiyini bildrirdiniz. Ümumiyyətlə, insanlar toy xəbərinizi necə qarşılandılar?
- Təbii ki, inanmayanlar da oldu ki, toy məsələsi neçə ilin söhbətidir və həyata keçmir. Amma tanıdığım insanlar təbii ki, sevindilər. Bu qədər dostlarımın olduğuna doğurdan da sevinirəm. Kənar şəxslərdən bir çoxunun reaksiyası isə inanmamaq oldu. “Əşi hər il evlənəcəm deyir, yalan söhbətdi” deyənlər də olub. Toyun dəqiq tarixi bildirildikdən sonra da şübhə ilə qarşılayanlar var. Hətta iki gün əvvəl bir aparıcı dostumuz deyir ki, mənə elə gəlir, sənin toyun olmayacaq. Toyun yubanmasının səbəblərindən biri də xalam və nənəmin dünyasını dəyişməsi oldu. Allah hər ikisini cənnətlik etsin. Hər ikisinin vəsiyyəti o oldu ki, birdən toyu saxlayarsan, bizim ruhumuz narazı olar. İnşallah, sentyabr ayında xalamın ili çıxsın, salamatçılıq olsun, toy reallaşacaq.

- Yəqin ki, evlilik qərarınız valideyinlərinizi də çox sevindirdi?
- Çox sevindilər. Hətta mən onlara demişdim ki, yardım edin. Belə deyim, xanım həm mənim, həm də valideynlərimin seçimidir. Seçim məsələsində həmişə tərəddüd etdiyim üçün artıq hər bir valideyn kimi çox sevindilər. Artıq 36 yaşım var. Fikir eləməsələr də, şəxsi məsələlərim valideyn olaraq onları da narahat edirdi.

- Bir çox sənətçilərimiz Türkiyədə çalışmağa can atılar. Sizin necə Türkiyə şou-biznesinə qatılmaq fikriniz var?
-Arzum var, amma fikrim yoxdu. Açığı, Türkiyədə bu işlə məşğul olan dostlarım çoxdur. Təklif də ediblər, amma nədənsə mən cürət etmirəm. Düzünü deyim ki, bəzi sənət yoldaşlarımız inciməsinlər, amma onların da türklər demiş “çaba”ları gözləndiyi kimi olmadı. Bir neçə sənətçimiz var idi ki, gedəndə dedim ki, filankəs mütləq orada iş görəcək və alınacaq. Amma hamımız şahid olduq ki, alınmadı. Ona görə boşuna əziyyət çəkmək istəmirəm. Təbii ki, orada daha peşəkarlarla çalışmaq və qalmaq zövq verər.
Bəzən mən İstanbulda olanda və məni orada tanıyanda həvəslənirəm. Bu fikirlərimin qarşısını alan isə şəxsi məsələlərimdir. Çünki buradakı işimi düzəltməliyəm, həyatımı qurmalıyam. Sonra Türkiyədə çalışa bilərəm. Yoxsa evində tam olaraq bünövrəni qoymamısansa, ölkədən kənarda işləmək çətin olar. İnşallah, bu həyata keçsin. Ola bilər ki, gələn il olsun. Amma o qədər uğurlu bir nəticə olacağına inanmıram. Çünki məndən də əvvəl sənətçilərimiz getdilər. Amma orada peşəkar komanda ilə işləmək, o hissləri yaşamağa dəyər. Türkiyədə azərbaycanlılar qardaş ölkə ilə ortaq yayım olan bir veriliş açmışdılar. Məni də qonaq kimi dəvət etmişdilər. Tamaşaçılar arasında məni tanımayanlar da var idi, maraqlanmağa başaldılar. Verilişdən sonra deyirdilər, səninlə yaman maraqlanırlar. Bir az o cəlbedicilik məsələsi var. Bəlkə də gedib yoxlamağa dəyər və gələn il bunun üçün Türkiyəyə gedə bilərəm.

- Siz zamanla müəyyən söz-söhbətlər yaşadınız. Çəkinmirsiniz ki, toy qabağı hansısa söz-söhbətlər yaşaya bilərsiniz? Bu şeylərdən ehtiyatlanırsınızmı?
- Xeyr, heç nədən çəkinmirəm. Mən bunların hamısını gözə almışam. Artıq bu meydandayam və bunların hamısına hazıram. Bir də ki mən artıq bu aləmdə bişmiş adamam. Heç nəyə də əsəbləşmərəm, artıq püxtələşmiş insanam. Adicə “İnstaqram”da şəkil paylaşıram və görürəm ki, pis niyyətli insanlar var ki, səni əsəbləşdirməyə çalışırlar. Deyirlər ki, görək yazdığımız buna təsir edirmi? Cavab verəcəkmi? Mən zərrə qədər fikir vermirəm və o şərhi də pozmuram. Artıq bunlara normal yanaşıram. Hamı tərifləməməlidir ki. Yeri gəlmişkən, bəzən müğənnilərin paylaşdığı videolara, şəkillərə baxıram və görürəm ki, o qədər pis şərhlər yazırlar ki. Şükür Allaha, məndə o qədər olmur. İldə bir-iki dəfə kimsə nə isə yazar,ya yazmaz. O cəhətdən bəxtəvərəm. Amma siz dediyiniz məqamlar var ki, nələrsə yazılar və hanısa problem yaratmaq istəyərlər. Bu normal bir şeydir və mən bunları gözə almışam. Çox güman ki, heç bir şey olmayacaq. Elə medianın özündə də məni gözü götürməyənlər var. Bu son illərdə məlum oldu. Əvvəlki kimi asanlıqla məni tapa bilmirlər, eləcə də televiziyadan. Yaxşı yanaşdığım insanlar var idi ki, onlar məni məyus etdilər. Gözləmədiyim insanlar sən demə, altdan-altdan iş görməyə başlayıblarmış. Hansı ki, məni heç kim tapa bilməsə də, onlar tapardılar. Artıq başa düşdüm həyat belədir ki, bacardığın qədər öz çıxarlarını düşünməlisən. 36 yaşıma qədər sanki başqaları üçün yaşamışam, istər maddi, istər də mənəvi. Şəxsi məsələlərim bir kənarda qalıb. Səhər yuxudan oyanmışam, filankəsin toyudur, mütləq getməliyəm. Filankəs nə isə xahiş edib, onu etməliyəm. İllər keçəndən sonra görürsən ki, başqaları üçün çalışırsan. Eyni zamanda qazanc məsələsində problem var. Ona görə də başa düşdüm ki, belə olmaq lazım deyil. Bir az eqoist olmaq istəyirəm. Bunun məndə alınıb-alınmayacağını bilmirəm. Ətrafımda yalnız özünü düşünən insanlar da var. Başqaları üçün yaşayana uzaq başı öləndə deyəcəklər ki, rəhmətlik yaxşı oğlan idi. Amma baxanda ki, uzun illərdir fəaliyyətdəyəm və şükür Allaha külli miqdarda pullar qazanmışam. Amma indiyə qədər mənim ev problemim var. Kimlərsə ev almaq istəyir, məndən pul istəyirdi, verirdim. Beləliklə, pul yaddan çıxıb, onda qalıb. Zaman keçdikdən sonra görürsən ki, o adamın evi-eşiyi var, sən evsizsən. Evin var, amma istədiyim kimi deyil. Şükür Allaha vəziyyət yaxşıdır. Allah millətimizin canının sağ etsin, qazanırıq. Amma ayılmasaydım, elə də davam edəcəkdim. Filankəsin ad günü, toyu , uşağının yaşı oldu. O filankəslər də az deyil və sonra görürsən ki, illərin insanlara xidmətdə keçir. Sonra başa düşürsən ki, özünə də xidmət etməlisən. Artıq toyum olacaq və qədir bilən dostlar var. Hamısı deyir ki, qulluğundayam. O dostlar üçün yenidən başlamağa dəyər.

- Yaradıcılığınızla bağlı nələr olacaq və bu il konsert verməyi düşünürsünüzmü?
- İki gün olar ki, yeni mahnım işıq üzü görüb. “Zaman ötür” adlı mahnının sözü və musiqisi gənc meyxanaçı Cəlil dostumuza aiddir. Radio dalğalarında səslənəcək. Konsert proqramını gələn ilə saxlamışam. Oktyabrın ortalarında Məhərrəmlik ayı başlayır. Belə şeylərə riayət edən adamam və ona görə də işlərimi gələn ilə saxlayacam. İnşallah, gələn il yanvar ayından mütəmadi çalışacam. Gələn il mütləq konsert verəcəm. Konserti Heydər Əliyev Sarayında vermək istəyirəm. Amma catdıra bilməsəm, Yaşıl Teatrda da ola bilər.

- Neçə gün konsert verməyi planlaşdırırsınız?
- Hələ ki, bilmirəm. İnanmıram iki günlük yorğunluğa dözə bilim. Çünki mənim konsertimdə hər şey canlı olur. Konsertin məsuliyyəti çox böyükdür və ağırdır. Yəqin ki, bir gün olacaq. Klip də çəkdirəcəm. Mənim arzumdur ki, “Natiq ritm qrupu” ilə Azərbaycan haqqında yazdığım “Ana Vətən” meyxanasına klip çəkdirim. Başqa bir mahnıma da klip çəkdirə bilərəm. Qeyd etdiyim kimi, bu il başım şəxsi məsələlırə qarışıb.



1 7468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___